Analara şad xəbər...
19.01.2024 [10:40]
Məzuniyyət müddətinin artırılması təklif olunur
Müasir dövrdə qadınların əksəriyyəti hamilə olarkən iş həyatına davam etməli olurlar. Bəzi qadınlar bunu maddi durumun zəif olması səbəbindən, bəziləri isə öz istəyi ilə edir. Hamiləliyin bədəndə yaratdığı müxtəlif dəyişikliklər onların həyatına mənfi təsir göstərə bilər. Hamilə qadınlar işlədikləri iş yerindən asılı olaraq bəzi qoxu və qidalardan həddindən artıq təsirlənə bilər.
Buna görə də hamilə qadının iş şəraiti diqqətlə qiymətləndirilməlidir. Məsələn, həddindən artıq isti iş yerində və ya fabrikdə işləmək hamiləliyə bəzi mənfi təsirlər göstərə bilər. Bu vəziyyətdə zaman-zaman sərin bir mühitə keçmək və bol maye qəbul etmək kimi ehtiyat tədbirləri alaraq həddindən artıq istidən qaçmaq lazımdır. Gözəllik salonlarında işləyən hamilə qadınların risk altında olduğuna dair kifayət qədər sübut var. Belə iş yerlərinin ətrafında kimyəvi maddələr olduğundan əlcəkdən istifadə etmək, içərini havalandırmaq kimi ehtiyat tədbirləri görülməlidir.
Məsələnin digər tərəfi doğuşdan sonrakı müddətlə bağlıdır. Bu müddətin özü də qadınlar üçün olduqca çətin və yorucu keçir. Buna görə də qanunla analıq məzuniyyəti müəyyən edilir və həmin müddətdə qadınlar həm dincələ bilir, həm də övladları ilə məşğul ola bilirlər. Hazırda bu müddət qanunvericiliklə müəyyən olunmuş qaydada 126 gün nəzərdə tutulur. Ancaq bəzi hallarda yeni ana olmuş qadınlar doğuşdan sonra müəyyən qədər çətinliklər yaşadığından bu müddətin artırılmasını da istəyirlər.
Yeri gəlmişkən, hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin artırılması təklif olunur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirilib ki, qanunvericilikdə hamiləlik dövrü və doğuşdan sonrakı müddətdə qadınlar üçün nəzərdə tutulan müddətin 14 gün artırılaraq 140 günə çatdırılmasıdır. Bununla yanaşı patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılması məsələsi də gündəmdədir.
Hüquqşünas Nadir Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə hamilə xanımlara hər cür hüquqlar verilir: “Əmək Məcəlləsinin 240-cı maddəsinə görə, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Məcəllənin tələblərinə görə, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Ümumiyyətlə, hamiləlik müddətində xanımlar daha yüngül işə keçirilməlidirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir.
Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır. Yəni, qanunda gələcək ananın dünyaya sağlam uşaq gətirməsi və özünü güvəndə hiss etməsi üçün hər məqam nəzərdə tutulub”.
Cərrah, mama-ginekoloq Nüşabə Kəngərli isə məsələnin tibbi tərəflərinə toxunub: “Analıq məzuniyyəti ölkəmizdə qanuni olaraq hamiləliyin 30-cu həftəsindən başlayır. Bu Səhiyyə Nazirliyinin protokolu ilə verilir. Əgər normal fizioloji hamiləlikdirsə, yəni heç bir patologiya yoxdursa, qadın 30-cu həftəyə qədər işləyə bilər. Son iki ay isə işləmək olmaz. Həmçinin, doğuşdan iki ay sonra da işləməyə bilər. Ümumiyyətlə, uşağın tələf olma ehtimalı olmayan hamilə qadınların işləməsində heç bir problem yoxdur”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19

