Azərbaycanda turizm xidmətləri hansı səviyyədədir?
24.06.2022 [10:46]
Turistik səfərlə istirahəti qarışdırırıq
G.QABİLQIZI
İqtisadiyyatın əsas hissələrindən birini təşkil edən turizm dövlət büdcəsində gəlirlərin, əhalinin məşğulluq səviyyəsinin artmasına və mövcud infrastrukturun inkişafına müsbət təsir göstərir. Turizmin inkişafı cəmiyyətin psixofizioloji resurslarının bərpasına da şərait yaradır. Belə ki, istirahətdən sonra işçi qüvvəsinin iş səmərəliliyi artır. Bununla yanaşı, turizmin dinamikliyi əhalinin maariflənməsinə müsbət təsir göstərir, bu sahənin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq da artır.
Turizmin inkişaf etdiyi lider regionlardan biri olan Avropa bu gün turizmdə də tarixdəki rolu qədər böyük əhəmiyyət kəsb edir. Hazırda sənayeləşmiş və inkişaf etmiş Avropa ölkələri həm ən çox turist göndərən, həm də qəbul edən ölkələrdir. Dəniz-qum-günəşə əsaslanan sahil turizmi Avropada əhəmiyyətini davam etdirsə də, son illərdə turist tələbindəki dəyişikliklər diqqətəlayiq bir ölçü qazanıb. “Hər gün bayram-turizm” anlayışı ilə bağlı yeni bir cəlb edilmə prosesi həyata keçirilir, yeni turistik məhsullar istifadəyə verilir, bununla da beynəlxalq turizm bazarında rəqabət sürətlənir.
Turizm sahəsi və göstərilən xidmətlər Türkiyədə də yüksək səviyyədədir. Beynəlxalq Turizm Təşkilatının məlumatına əsasən Türkiyə dünyada ən çox turist qəbul edən ölkələr siyahısında 6-cı yerdədir. Buna səbəb Türkiyənin qonaqpərvər olması və ilin hər fəslində qonaqlarına gözəl anlar yaşatmaq üçün turizmin müxtəlif sahələri üzrə xidmətlər təqdim etməsidir. Azərbaycan vətəndaşlarının da ən çox səyahət etdiyi ölkə olan Türkiyə yay və qış üçün fərqli gözəlliklər təklif edir. Azərbaycandan Türkiyəyə təyyarə və avtobusla turlar həyata keçirilir. Bundan əlavə insanlar fərdi olaraq öz avtomobilləri ilə Türkiyəyə səyahət edirlər.
Azərbaycanda necədir?
Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi formalaşıb. Turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən, Azərbaycan 2010-2016-cı illərdə turizmin ən sürətlə inkişaf etdiyi 10 ölkə arasına daxil olub. Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə 7 turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Qarabağ, Bakı-Naxçıvandır.
Azərbaycanın daxili turizm potensialı, ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Eyni zamanda, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb.
Ölkəmiz nə qədər turist cəlb edir?
2021-ci ildə Azərbaycana dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2022-ci ilin yanvar ayında isə ölkəmizə dünyanın 128 ölkəsindən 74 min turist gəlib.
Turistləri cəlb edən milli mətbəx, dağ turizmi, tarixi abidələr və əsrarəngiz təbiət...
Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə həm regionun xüsusiyyətlərini özündə birləşdirir, həm də o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Bu milli mətbəx turizm sektoru üçün geniş imkan təklif edir. Hətta deyə bilərik ki, Azərbaycana gələn turistlərin çoxu şanı dünyaya yayılmış mətbəxinə görə gəlir.
Dağ, qış və xizək turizmi Azərbaycanda ümid vəd edən sahələrdəndir. Bu mənada Azərbaycanın qış və xizək turizmini də inkişaf etdirmək potensialı mövcuddur. Azərbaycanın şimal-şərqində, dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşən Qusar, Şahdağın ətəkləri də geniş turizm potensialına sahibdir.
Paytaxt Bakı gözəl tarixi abidələri, müxtəlif memarlıq üslublarında tikilmiş binaları, yaşıl parkları, qala divarları arasında salınmış qədim İçərişəhəri, bənzərsiz dənizkənarı bulvarı ilə hamını heyran edir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına açılan amfiteatr şəklindədir. Həmçinin ölkənin digər bölgələrində 7000-dək yerli, ölkə və dünya əhəmiyyətli tarixb və mədəniyyət abidəsi gələcək nəsillərə çatdırılması üçün mühafizə olunur. Bu abidələr gələn turistlərin marağına səbəb olar.
Ölkəmiz həm də zəngin flora və fauna ilə böyük ekoturizm potensialına malikdir. Azərbaycanda 11 iqlim tipindən 8-i (yarımsəhra və quru çöllər iqlimindən dağ tundra iqliminə kimi) müşahidə olunur. Bu da daim yeni təbiət mənzərələrini kəşf etmək istəyən ziyarətçilərin diqqətini cəlb edir.
Turizm xidmətləri hansı səviyyədədir?
“Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov bildirib ki, pandemiya dövründə bütün dünyada turizm sektorunda geriləmə müşahidə olundu. Onun sözlərinə görə, turizmin əvvəlki vəziyyətinə bərpa prosesi uzun müddət çəkə bilər: “Ancaq Azərbaycanın turizm potensialının yüksək olduğunu nəzərə alsaq, bu proses tez bir zamanda bərpa olunacaq. Hazırda ölkəmizdə çimərlik turizminə böyük maraq müşahidə olunur. Çimərliklərdə yerli və xarici qonaqların ziyarətini nəzərə alaraq hazırlıqlar davam edir”.
Ə.Qurbanov turistlərə göstərilən xidmətlər barədə də məlumat verib. Qeyd edib ki, bu xidmətlərə qonaqları hava limanından götürüb hotelə yerləşdirmək, gəzməli-görməli məkanlara aparmaq və səyahətin sonunda yenidən hava limanına qaytarmaq daxildir: “Turistlərin istəklərinə uyğun olaraq digər bölgələrimizdə mədəni, tarixi abidələr və dağ turizmi ilə tanışlığını da təmin etmək xidmətlərə daxildir. Qiymət isə göstərilən xidmətin səviyyəsinə görə, 500 manatdan 1500 manata qədər dəyişir”.
Turizm, yoxsa istirahət?
Turizmin əsas məqsədi insanları əyləndirmək, onlara yeni məkanları kəşf etməyə şərait yaratmaqdır. Təəssüf ki, hazırda bir çox insanlar turistik səfəri istirahətlə qarışdırır. Gəzib görmək üçün getdiyimiz ölkədə zamanımızın bütün hissəsini 5 ulduzlu hotellərdə keçirməyi istirahət adlandırmaq daha doğru olardı. Çünki turizmin kökündə mədəni, tarixi abidələrin və ekoloji aləmin öyrənilməsi dayanır. Bu faktorların heç birinin mövcud olmadığı halda turizmdən danışmaq absurddur.
Bir çox xarici ölkələrdə artıq turizm mədəniyyəti mənimsənilib. Orada yaşayan insanlar yalnız bel çantası götürərək, nəqliyyatın növündən, komfortundan, hotellərin xidmətindən asılı olmayaraq hansısa ölkəni ziyarət edirlər. Burada tarixi abidələr, kulinariya, ekologiya və turizmin digər növləri ilə yaxından tanış olurlar. Deməli, əsl turistik səfərlər məhz bu xarakterdə olmalıdır. Bu mədəniyyəti insanlara aşılamaq üçün isə maarifləndirmə tədbirləri daha çox aparılmalı, turizmin əsas məğzi barədə məlumatlar verilməlidir.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

