/ / Pakistanın “DNA News” informasiya agentliyi və “Centreline” jurnalı Prezident İlham Əliyevin ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışı ilə bağlı məqalə yayıb
Pakistanın “DNA News” informasiya agentliyi və “Centreline” jurnalı Prezident İlham Əliyevin ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışı ilə bağlı məqalə yayıb
01.07.2014 [09:50]
Pakistanın “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında baş redaktor, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO və Qafqaz üzrə mütəxəssis Ansar Battinin Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışı ilə bağlı məqaləsi yayılıb.
“Prezident İlham Əliyev: Hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb” sərlövhəli məqalədə müəllif ATƏT PA-nın sessiyasının açılış mərasimində dövlətimizin başçısının çıxışının əsas məqamlarını təhlil edib.
Məqalədə bildirilir ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqlarının təmin edildiyini deyib. Həmçinin dövlətimizin başçısının Azərbaycanda yüzlərlə çap mediasının fəaliyyət göstərməsi, internetin azad olması, əhalimizin 70 faizdən çoxunun internetdən istifadə etməsi ilə bağlı fikirləri yer alıb.
Qeyd edilir ki, Prezident Azərbaycanın çox fəal xarici siyasəti ilə seçildiyini, ölkənin hazırda etibarlı tərəfdaş sayıldığını vurğulayıb. Dövlət başçısının beynəlxalq ictimaiyyətin bir çox üzvləri, xüsusən Avropa ölkələri ilə fəal ikitərəfli münasibətlərin prioritetlərdən biri olması fikri oxucuların diqqətinə çatdırılır.
Müəllif məqalədə dövlət başçısının Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlarla bağlı fikirlərinə də yer verir: “Azərbaycan çoxsaylı mühüm beynəlxalq təsisatların üzvüdür. Biz bu üzvlüyü dünya ilə daha yaxşı əlaqələr qurmaq fürsəti kimi qəbul edirik. Biz Qoşulmama Hərəkatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və bir çox digər beynəlxalq təşkilatların üzvüyük.
Xarici siyasət sahəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri iki il yarım əvvəl baş verdi. Azərbaycan 155 üzv dövlətin böyük dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, beynəlxalq səhnədə mümkün olan ən böyük siyasi və diplomatik nailiyyət idi. Baxmayaraq ki, ölkəmiz gəncdir və dünyada o qədər də çox tanınmasa da, biz öz namizədliyimizi irəli sürdük və dostlarımız atdığımız addımlara böyük etimad göstərdilər. BMT Təhlükəsizlik Şurasının fəal üzvü kimi Azərbaycan iki il ərzində sülh, təhlükəsizlik, sabitlik, ədalət amallarının və beynəlxalq hüquq normalarının həyata keçirilməsini təşviq etdi. Əslində, bu, bizim hazırkı prioritetlərimizdən biridir”.
Prezident İlham Əliyevin Azərbaycan xalqının ikili standartlardan narahat olması ilə bağlı fikirlərini diqqətə çatdıran A.Batti dövlətimizin başçısına istinadən yazır ki, “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunur. Digər qətnamələr isə sadəcə kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir. Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanması Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o cümlədən beynəlxalq ictimaiyyət üçün prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların qərarları kağız üzərində qalacaqdır. Həmin təşkilatlara olan etimad da azalacaqdır”.
Müəllif yazır ki, Prezident öz müqəddəratını təyinetmə prinsipinin ölkələrin ərazi bütövlüyünü şübhə altına salmamalı olduğunu söyləyib. Ermənilərin müstəqil dövləti olduğunu deyən dövlət başçısı vurğulayıb ki, onlar artıq öz müqəddəratını təyin ediblər. Buna görə də tarixi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir əsas yoxdur. Nəzərə almalıyıq ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb.
Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev münaqişəyə baxmayaraq, Azərbaycanın sürətli iqtisadi inkişafını nümayiş etdirdiyini bildirib. Son 10 il ərzində Azərbaycanın dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu diqqətə çatdıran dövlət başçısı sosial və iqtisadi islahatların firavanlığı təmin etdiyini, işsizliyi və yoxsulluğu azaltdığını vurğulayıb.
Müəllif Prezident İlham Əliyevə istinadən Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın qarşıya qoyduğu digər prioritetlərdən birinin də təhsil olduğunu yazır. Dövlətimizin başçısının təhsilin ekstremizmə, radikalizmə, millətçiliyə və ksenofobiyaya qarşı zəmanət olması fikri diqqətə çatdırılır.
Yazıda dövlətimizin başçısının multikulturalizm, dözümlülüklə bağlı fikirlərinə də yer ayrılır: “Deyə bilərəm ki, Azərbaycanın təcrübəsi öyrənilə bilər. Çünki cəmiyyətimizdə multikulturalizm uğurumuzun əsas elementlərindən biridir. Biz çoxmillətli, çoxdinli ölkəyik. Bu, Azərbaycanın əsas sərvətlərindən biridir ki, ölkəmizin bütün vətəndaşları dini və etnik mənşəyindən asılı olmayaraq, bərabər hüquqlara və imtiyazlara malikdirlər. Biz vahid ailə kimi yaşayırıq, müxtəlif dinlərin nümayəndələri bayramları birgə qeyd edirlər. Bu, sözün əsl mənasında, nadir təcrübədir və qlobal səviyyədə yüksək qiymətləndirilir”.
Qeyd edilir ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın təhlükəsizlik və əməkdaşlığa töhfə verdiyini vurğulayıb. “Enerji diplomatiyası vasitəsilə biz artıq regional əməkdaşlığı qurmuşuq və genişləndiririk. Bu gün planlarımız region hüdudlarından kənara çıxır. Enerji siyasətində ənənəvi tərəfdaş və müttəfiqlərlə yanaşı, bu gün biz təşəbbüslərimizə qoşulmaq üçün avropalı tərəfdaşlarımızı da dəvət edirik”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

