Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / MDB-nin qərargahında “Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlayın” mövzusunda fotosərgi keçiriləcək

MDB-nin qərargahında “Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlayın” mövzusunda fotosərgi keçiriləcək

28.08.2015 [09:55]

Sentyabrın 3-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsinin binasında Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin və İkinci Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümünə həsr edilmiş “Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlayın” mövzusunda fotosərginin açılış mərasimi keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.
Doqquz dövlətin: Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanın birgə layihəsi kimi təşkil edilən fotosərginin ekspozisiyası müharibə illərində keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında çəkilmiş nadir fotoşəkillərdən ibarətdir.
Sərginin açılış mərasiminə Birliyin iştirakçısı olan dövlətlərin səfirləri və daimi nümayəndələri, xarici işlər nazirliklərinin nümayəndələri, təşkilatın İcraiyyə Komitəsinin vəzifəli şəxsləri və əməkdaşları dəvət edilib.

Paylaş:
Baxılıb: 1794 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31