Sloveniyanın yenilənmiş siyasi kursu...
27.05.2022 [10:41]
Ukraynaya dəstək verəcəkmi?
N.BAYRAMLI
Sloveniya parlamenti Azadlıq Hərəkatı Partiyasının lideri, liberal Robert Qolobun baş nazir seçilməsinə səs verib. Aprelin 24-də keçirilən parlament seçkilərində bu partiya 34,5 faiz səslə o vaxt hakimiyyətdə olan baş nazir Yanez Yanşinin Sloveniya Demokratik Partiyasına böyük üstünlüklə qalib gəlmişdi. Y.Yanşinin partiyası seçkilərdə cəmi 23,5 faiz səs toplaya bilmişdi.
Yeni baş nazirin Azadlıq Hərəkatı Partiyası, eyni zamanda Sosial Demokratlar və Levica partiyalarından ibarət yeni mərkəz sol koalisiya onun seçilməsinə səs verib. Yeni koalisiya 90 yerdən 53-nə sahib olmaqla sabit çoxluğa malikdir. Gələn həftə isə nazirlərin təyinatları gözlənilir. Baş nazir R.Qolob bildirib ki, yay aylarından etibarən payızda gözlənilən enerji böhranı və mümkün yeni COVID-19 dalğasına qarşı mübarizəyə hazırlaşmağı düşünür. R.Qolob, eləcə də media azadlığına zəmanət verən qanun layihələrini tezliklə qəbul edəcəyini və hökumətin bəzi qərarlarını, o cümlədən Almaniyadan zirehli maşınların alınması üçün 340 milyon avroluq razılaşmanı nəzərdən keçirəcəyini vəd edir.
Sloveniyada hakimiyyət dəyişikliyi ölkənin Ukraynadakı müharibəyə yanaşması baxımından da diqqəti cəlb edir. Ölkə müxalifəti, bir sıra xarici kütləvi informasiya vasitələri hesab edirlər ki, yeni koalisiya Rusiya yönümlü kurs həyata keçirəcək. Son seçkilərdə məğlub olmuş keçmiş baş nazir Yanez Yanşi isə Ukraynanın fəal dəstəkçisi kimi tanınırdı. Təsadüfi deyil ki, hələ mart ayının ortalarında rus qoşunlarının Kiyevin yaxınlığında olduğu bir zamanda Ukraynanın paytaxtına səfər edən Avropa İttifaqının üç ölkəsinin liderlərindən biri məhz Sloveniyanın o vaxtkı baş naziri Y.Yanşi idi. Yanşi Avropa silahlarının Kiyevə verilməsini dəstəkləmişdi və kiçik Sloveniyanın 200 min ukraynalı qaçqını qəbul etməyə hazır olduğunu bəyan etmişdi. Onun seçkilərdə məğlub olmasına əsas səbəblərdən biri kimi isə COVD-19 pandemiyası ilə əlaqədar hökumətin sərt məhdudiyyətlərə getməsi olub. Bu haqda qərara görə, ölkədə geniş etiraz aksiyalarının keçirilməsini heç kim unutmayıb. Ukraynaya dəstək və Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə Yanşinin seçki kampaniyasının əsas mövzularından birinə çevrilmişdi. Qeyd edildiyi kimi, o, Ukraynanın Avropa İttifaqına inteqrasiyası ilə yanaşı, ukraynalı qaçqınların qəbulunu da təmin edərək Kiyevə silah verilməsini fəal şəkildə dəstəkləyib.
Yeni hakimiyyət isə özündən əvvəlki hökumətin bəzi qərarlarına yenidən baxacağını bəyan edib. Bu, xarici siyasət məsələlərinə də aiddir. Ukraynaya gəlincə, yeni baş nazir R.Qolob bəyan edib ki, o, əvvəlki hökumətin rəsmi Kiyevi dəstəkləmək və Rusiyaya qarşı sanksiyalar tətbiq etmək kursunu davam etdirəcək, lakin bundan siyasi piar üçün istifadə etmək niyyətində deyil. R.Qolob bu məsələyə dair geniş açıqlama vermək istəməyib. Xarici ekspertlər hesab edirlər ki, yeni hökumət dövründə Sloveniya Ukraynanın dostları arasında qalacaq, amma Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsində fəallıq göstərməyəcək. Yeni baş nazir özündən əvvəlki hökumət başçısı kimi qətiyyətli davranacaqmı? Yoxsa Sloveniyanın səsi daha ehtiyatlı və mülayim olacaq? Yerli KİV hesab edir ki, ikinci variant daha real görünür. Çox güman ki, Sloveniyanın yeni hökuməti Ukraynanı dəstəkləməkdə daha ehtiyatlı olacaq. Bütün bunların fonunda isə baş nazir Qolob Ukraynaya kömək etmək üçün ondan daha qətiyyətli addımlar atmağı tələb edəcək güclü müxalifətlə üz-üzə gələcək. Lakin seçkilərin göstərdiyi kimi, ümumən Ukraynanı dəstəkləyən Sloveniya cəmiyyəti hələ də hökumətin Ukrayna məsələsində daha mülayim davranmalı olduğu qənaətindədir.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

