Ankaradan sonra İstanbula
09.06.2022 [10:32]
Türkiyə və Rusiya XİN rəhbərləri 7 məsələni müzakirə ediblər
N.BAYRAMLI
Sergey Lavrovun Türkiyə səfəri...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Ankarada səfərdə olub və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə müzakirələr aparıb. Səfər çərçivəsində ikitərəfli və regional münasibətlərlə yanaşı, taxıl tankerlərinin Qara dənizdə təhlükəsiz hərəkəti, Qara dənizə və limanlara təhlükəsiz giriş-çıxış, eləcə də Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə edilib. Eləcə də, Cənubi Qafqazdakı vəziyyət də diqqət mərkəzində olub.
Nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında Mövlud Çavuşoğlu danışıqların məhsuldar olduğunu deyib. Onun sözlərinə görə, regional məsələlərlə bağlı müzakirələrin əsasında Ukrayna problemi dayanır: “Bu böhranda üç ay yarımı geridə qoyduq. İnsan itkilərinin və dağıntıların gündən-günə artdığını görməkdən təəssüflənirik. Rusiya-Ukrayna böhranı başlayandan bəri Türkiyənin nümayiş etdirdiyi münasibət hər kəsə məlumdur. Türkiyə bu gərginliyin danışıqlar yolu ilə dayandırılması üçün böyük səylər göstərib və göstərməyə davam edir”. Martın 29-da İstanbulda tərəflərin danışıqlarında mühüm irəliləyiş əldə olunduğunu deyən nazir qeyd edib ki, sonradan baş verən hadisələr təəssüf ki, danışıqları arxa plana keçirdi. Bununla belə, davamlı sülhün təməli qoyula bilərdi. “Biz Türkiyə olaraq bu mövqeyimizi hələ də davam etdiririk. Bu böhranı danışıqlar yolu ilə mümkün qədər tez bitirmək bütün regionumuza və bəşəriyyətə fayda verəcək. Rusiyanın xarici işlər naziri ilə bu mövzuda fikirlərimi açıq şəkildə bölüşdüm. Ötən həftələrdə danışıqlardan uzaqlaşma olub, amma son günlərdə həm Ukrayna prezidentinin verdiyi bəyanatlarda, həm də təmaslarımızda danışıqlara qayıtmaq üçün əsas ola biləcəyini görürük. Əgər hər iki tərəf bu məsələdə razılığa gəlsə, biz yardımçı rol oynayan bir ölkə olaraq üzərimizə düşəni etməyə hazırıq”, - deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
“Biz bu böhranın, xüsusilə Qara dənizdə gəmiçilik və ticarət təhlükəsizliyi sahəsində daha geniş planda yaratdığı problemləri də müzakirə etdik. Onların arasında ən mühüm məsələ Ukraynadan və Rusiyadan ixrac olunacaq məhsulların qarşısındakı maneələrdir. Ukrayna taxılının beynəlxalq bazara çıxarılması üçün müxtəlif ideyalar yaranıb və BMT-nin bu barədə planı var. Bu baxımdan, söhbət Birləşmiş Millətlər Təşkilatı, Rusiya, Ukrayna və Türkiyə arasında gəmilərin yoxlanılması da daxil olmaqla formalaşa biləcək mexanizmdən və əməkdaşlığı ehtiva edən plandan gedir. Biz Türkiyə olaraq bu planı məqbul hesab edir və həyata keçirilə bilən bir plan kimi görürük”, - deyə M.Çavuşoğlu bildirib. O qeyd edib ki, hər iki ölkə - həm Rusiya, həm də Ukrayna bunu qəbul etməlidir: “BMT-nin təklifi ilə bunun təfərrüatlarını müzakirə etmək üçün İstanbulda görüş keçirə biləcəyimizi söylədik. Burada, təbii ki, Ukrayna taxıl məhsullarının, günəbaxan və günəbaxan yağının beynəlxalq bazarlara çıxarılması müqabilində Rusiyanın ixracına maneələrin aradan qaldırılması tələbini son dərəcə qanunauyğun və haqlı tələb kimi görürük. Yalnız Rusiyanın ixrac etdiyi taxıl və gübrələrin sanksiyalara daxil olmadığını söyləyib, bu məsələnin üstündən keçmək düzgün deyil. Biz bunu son açıqlamalarda görürük. Ancaq düşünürük ki, bu məhsulları daşıyacaq gəmilərin sığortası, logistika məsələləri, limanlara çatma imkanları, göstəriləcək xidmətlər və bank əməliyyatları, ödənişlərlə bağlı lazımi addımlar atılmalıdır. Yəni dünyanın həm Ukrayna, həm də Rusiya Federasiyasının ixrac etdiyi məhsullara ehtiyacı varsa, düşünürük ki, buna birlikdə yol açmağımız faydalı olar”.
Önəmli məsələnin ortaq anlayışa əsaslanan mexanizmin qurulması olduğunu söyləyən Mövlud Çavuşoğlu deyib: “Yenə bu mexanizm çərçivəsində gəmilərin təhlükəsiz şəkildə səyahətlərini davam etdirmələri üçün görüləcək tədbirləri müzakirə etmək faydalı olardı. Texniki səviyyədəki hazırlıqların tez bir zamanda tamamlanmasını arzu edirik. Bu mexanizmin tətbiqinin faydalı olacağını düşünürük. Bu gün biz təkcə Ukraynadakı böhranı və ya qeyd etdiyimiz məhsulların ixracı qarşısındakı maneələrin aradan qaldırılmasından danışmadıq. Biz digər regional məsələləri də müzakirə etdik. Suriya da onlardan biridir. Liviyadakı son hadisələri də müzakirə etdik. Fərqli baxışlarımız olsa da, Rusiya sıx əməkdaşlıq etdiyimiz bir ölkədir. Suriyada siyasi həll yolu tapmaq üçün səylərimiz xüsusilə Astana formatı ilə davam edir. Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik. Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük”.
Sergey Lavrov isə bildirib ki, Rusiya tərəfi Ukrayna limanlarını tərk edən gəmilərin təhlükəsizliyini türkiyəli tərəfdaşları ilə koordinas?yada təmin etməyə hazırdır. “Biz Ukrayna limanlarından çıxan, boğazlarda hərəkət edən gəmilərin təhlükəsizliyini təmin edə bilərik. Bunu bizim türkiyəli həmkarlarımızla birlikdə etməyə hazırıq”, - deyən S.Lavrovun sözlərinə görə, məsələnin həllində əsas problem Ukrayna limanlarının minalardan təmizlənməsində Kiyevin göstərdiyi inadkarlıqdır. “Əgər onlar öz münasibətlərini dəyişsələr, Rusiya tərəfdən hər hansı mürəkkəblik yaranmayacaq”, - deyə Rusiya XİN başçısı qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

