NATO-nun Madrid sammiti...
29.06.2022 [10:17]
Tarixi sammit yeni mərhələnin yol strategiyasını hazırlayır
Pərviz SADAYOĞLU
Dünən İspaniyanın paytaxtı Madriddə NATO-nun növbəti sammiti işə başlayıb. İki gün davam edəcək sammitdə Alyans ölkələrinin dövlət və hökumət başçıları iştirak edirlər. Tədbirdə qurumun yeni strateji konsepsiyası ilə bağlı müzakirələrin aparılması gözlənilir. Bununla yanaşı, Ukraynaya dəstək, NATO-nun xərclərinin artırılması məsələləri də gündəmin əsas prioritetlərindəndir. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak etmək üçün Madridə yollanıb. Ukraynanın dövlət başçısı Volodimir Zelenski isə sammitə videoformatda qatılmağa üstünlük verib.
Türkiyənin şərtləri qəbul ediləcəkmi?
Tədbiröncəsi dövlət başçılarının və NATO rəhbərlərinin əsas məsələlər üzərindən verdikləri açıqlamalar Alyansın gələcək fəaliyyəti ilə bağlı müəyyən mənzərə formalaşdırır. Belə ki, NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Madrid sammiti öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib. Alyansın rəhbəri Türkiyə ilə saziş üzərində çalışdıqlarını deyib: “Biz İsveç, Finlandiya və Türkiyə arasında silah ixracı, terrorla mübarizə də daxil olmaqla, Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün saziş üzərində işləyirik” – deyə Stoltenberq bildirib.
Bir müddət öncə İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbulu ilə bağlı Türkiyənin irəli sürdüyü şərtlər Skandinaviya dövlətləri tərəfindən etirazla qarşılanmışdı. Hətta Finlandiya prezidenti İsveçsiz quruma üzv olmayacağı ilə bağlı xəbərdarlıq da etmişdi. Stoltenberqin haqqında danışdığı “saziş” isə problemin artıq həll olunmaq mərhələsinə keçdiyini deməyə əsas verir. Belə ki, İsveç baş naziri Maqdalena Andersson ölkəsinin bundan sonra terrorçular üçün etibarlı sığınacaq olmayacağını vəd edib. “Ümid edirəm ki, NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar qısa zamanda tamamlana bilər. İsveç terrora qarşı sərt mövqeyini davam etdirəcək, terrorçular üçün etibarlı sığınacaq olmayacaq”, - deyə o, vurğulayıb. Bu isə onu deməyə əsas verir ki, şimal ölkələri Türkiyənin şərtlərini qəbul edəcəklər.
Əməkdaşlıq və qlobal gündəm dəyərləndiriləcək
Madridə yola düşməzdən əvvəl Esenboğa hava limanında açıqlamalar verən Prezident Ərdoğan da bəzi məsələlərə toxunub. Türkiyə mətbuatının yaydığı məlumata görə, Prezident bildirib ki, sammitdə İsveç və Finlandiyanın Alyansa qatılması ilə bağlı Türkiyənin mövqeyi bir daha qarşı tərəfin diqqətinə çatdırılacaq. NATO rəhbərliyinin də iştirakı ilə dördtərəfli görüşün keçiriləcəyini deyən Prezident Ərdoğan problemin həlli ilə bağlı onların hansı nöqtəyə gəldiklərinə baxacaqlarını vurğulayıb: “Biz quru sözlər deyil, nəticə istəyirik. İkitərəfli görüşlərimdə PKK gündəmimizdə olacaq. İsveç və Finlandiyanın mövqeyini bir daha izah edəcəyik. PKK-nın bu ölkələrdə fəaliyyət göstərməsinin qarşısı alınmalıdır. İsveç və Finlandiyanın da iştirakı ilə dördtərəfli görüş keçirəcəyik. Əgər onlar NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizlik narahatlıqlarını həll etməlidirlər. Deyirlər ki, biz onları terrorçu kimi qəbul etmirik, digər tərəfdən İsveç polisinin nəzarəti altında yürüşlər keçirilir. Eyni hal İsveçlə yanaşı, Almaniya və Yunanıstanda da intensiv şəkildə davam edir”.
Prezident Ərdoğan açıqlamalarında bildirib ki, sammit Ukrayna müharibəsinin kritik dövrünə təsadüf edir. Eləcə də, bu toplantı önəmli bir mərhələdir. Belə ki, qarşıdakı dövrdə NATO-ya istiqamət verəcək konsepsiya bu toplantıda qəbul ediləcək: “İkitərəfli görüşlərdə biz xüsusilə NATO çərçivəsində əməkdaşlığı və qlobal gündəmi dəyərləndirəcəyik. Biz 70 ildir NATO-nun üzvüyük. Türkiyə təsadüfən NATO-ya daxil olan ölkə deyil. Bu səhər (iyunun 28-də - müəllif) ABŞ prezidenti Baydenlə telefonla danışdıq. O, yenidən mənimlə görüşmək arzusunda olduğunu bildirdi. Gərəkəcəksə, NATO sammitində də görüşə bilərik”.
“Biz o qapını bağladıq”
Prezident Ərdoğan Yunanıstanın baş naziri Miçotokislə ikitərəfli görüş keçirməyəcəyini də vurğulayıb: “Yunanıstanla yüksək səviyyəli strateji görüşü dayandırdım. Artıq bitdi. Biz o qapını bağladıq. Bundan sonra fəaliyyətlərinə diqqət yetirməlidirlər. Türkiyə ən mühüm gücdür. NATO Türkiyə kimi bir gücü itirmək istəyərmi? Türkiyə öz gücündən NATO üçün effektiv şəkildə istifadə edib. Biz öz addımlarımızı davam etdirmək əzmindəyik”.
Xəbər lenti
Hamısına baxAnalitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Dünya
31 İyul 09:45
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10

