Sənəd İstanbulda imzalanacaq...
15.07.2022 [10:39]
Ukrayna taxılını kim, hansı marşrutla daşıyacaq?
Nardar BAYRAMLI
Rusiya-Ukrayna müharibəsi geosiyasi vəziyyəti mürəkkəbləşdirməklə yanaşı, qlobal iqtisadiyyata da ciddi mənfi təsirlər göstərir. Qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlər isə xüsusi narahatlıq doğurur. Belə ki, beynəlxalq ekspertlər, reytinq agentlikləri artıq ərzaq qıtlığının bütün dünya ölkələrinə təsir edəcəyini bildirirlər. Artıq problem bir müddətdir ki, özünü göstərir və ərzaq məhsullarının qiymətləri davamlı olaraq artır. Bunun məntiqi nəticəsi olaraq inflyasiya sürətlənir, istehlakçılar, demək olar ki, hər gün yeni və daha yüksək qiymətlərlə üzləşirlər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iki ay əvvəl yaydığı məlumatda qeyd olunurdu ki, qlobal miqyasda ərzaq və yemin qiymətləri 8-20 faiz bahalaşa bilər. Bu proqnoz artıq reallığa çevrilib.
Dünya ərzaq bazarına təhdidlərin artmasının əsas səbəbi kimi Rusiya-Ukrayna müharibəsi göstərilir. Müharibə başlayana qədər həm Ukrayna, həm də Rusiya dünyanın ərzaq məhsulları ilə təminatında yüksək pay sahibi idilər. Verilən məlumatlara görə, sözügedən ölkələr qlobal taxıl ixracının üçdəbirini həyata keçirirdilər. Vəziyyətdən çıxış yolları kimi müxtəlif variantlar təklif olunur.
Son günlərdə qlobal ərzaq bazarında taxıla artan tələbatı ödəmək üçün Ukraynanın anbarlarında yığılan böyük ehtiyatların daşınması da müzakirə edilən məsələlər sırasındadır. Bu prosesdə Türkiyə fəal rol oynayır. Fevralın 24-də müharibə başlayandan Rusiya ordusu Azov dənizi sahillərini tam, Qara dəniz sahillərini qismən nəzarətə götürməyə və Ukraynanın ən böyük limanının yerləşdiyi Odessa şəhərini blokadaya almağa müvəffəq olub. Nəticədə Ukraynanın Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalıb. Hazırda qlobal ərzaq böhranın qarşısını almaq üçün Ukrayna taxılının ixracına böyük zərurət yaranıb. Bu məsələ beynəlxalq müstəvidə geniş müzakirə edilir və Türkiyənin burada aparıcı rolu xüsusi vurğulanmalıdır.
İyulun 13-da İstanbulda keçirilən Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətlərinin görüşü də problemin həlli baxımından böyük önəm kəsb edir. Kalendar qəsrində keçirilən görüşdə Ukrayna limanlarında gözləyən taxıl və qida məmulatları yüklü gəmilərin təhlükəsiz keçidi, eləcə də marşrutunun müəyyənləşdirilməsi məsələləri müzakirə olunub. Toplantı təxminən bir saat yarım davam edib. Görüşün nəticələrinə dair açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, Ukrayna taxılının ixracına dair Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin dördtərəfli görüşündə İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılması barədə razılıq əldə olunub: “Bu gün Türkiyənin Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə Kalender qəsrində Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirliklərinin hərbi nümayəndə heyətləri, eləcə də BMT-nin nümayəndə heyəti arasında görüş keçirildi. Ərzaq böhranının həllinə töhfə vermək üçün mühüm addım olan görüşdə taxıl və digər qida yüklü gəmilərin dəniz yolu ilə təhlükəsiz daşınması ilə bağlı bütün detallar müzakirə edildi. Müsbət və konstruktiv atmosferdə keçən danışıqlar nəticəsində İstanbulda bütün tərəflərin nümayəndələrinin iştirak edəcəyi koordinasiya mərkəzinin yaradılması, limanların çıxış və gəliş nöqtələrində birgə nəzarət, transfer marşrutlarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi əsas texniki məsələlər razılaşdırıldı. Nəticə etibarilə əsas prinsiplər haqqında saziş bizim üçün bir məna kəsb edir: tərəflərin bu problemi həll etməyə istəkli olduğunu görürük. Bunu BMT ilə koordinasiyada həyata keçirərək nəticə əldə etməyə çalışacağıq”. Türkiyənin qlobal ərzaq böhranının həlli, regional sabitlik və dünya sülhü üçün üzərinə düşəni etməyə davam edəcəyini söyləyən nazir Akar taxıl və digər ərzaq məhsullarının daşınmasına verdikləri töhfəyə görə Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinə təşəkkür edib.
Ukrayna prezidenti Volodimir Zelenski də İstanbulda keçirilən dördtərəfli görüşdə irəliləyiş olduğunu açıqlayıb, dünya ərzaq tədarükünü bərpa etmək üçün göstərdikləri səylərə görə Türkiyə və BMT-yə minnətdar olduğunu bildirib. Dünya bazarına ərzaq tədarükünün yenidən başlaması üçün çox mühüm səylər göstərdiklərini söyləyən Zelenski, “BMT və Türkiyəyə səylərinə görə minnətdaram. Bu hekayənin uğuruna təkcə dövlətimizin deyil, mübaliğəsiz bütün dünyanın ehtiyacı var” - deyib.
BMT Baş katibi Antoniu Quterreş isə problemin həlli üçün göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib. Baş katibin sözlərinə görə, İstanbulda keçirilən dördtərəfli görüşdə ciddi addımlar atılıb: “İstanbulda Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı ixracının təmin edilməsi istiqamətində mühüm addımın şahidi olduq”. O qeyd edib ki, bunun praktikada tətbiqi üçün daha çox texniki iş tələb olunacaq. A.Quterreş hesab edir ki, tərəflər gələn həftə taxıl ixracı ilə bağlı razılığa gələ bilərlər.
Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndə heyətlərinin gələn həftə Türkiyədə yenidən görüşməsi razılaşdırılıb. Növbəti görüşdə həm bütün detalların bir daha nəzərdən keçirilməsi, həm də müvafiq sənədə imza atılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

