Referendumlar baş tutdumu?
28.09.2022 [10:17]
Mübariz FEYİZLİ
Donbasda, Luqanskda, Xersonda və Zaporojyedə bu ərazi vahidlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən referendumlar üçün müəyyənləşdirilən tarix bitdi. Xatırladaq ki, bəhs olunan ərazilərdə referendumların keçirilməsi üçün 23-27 sentyabr tarixləri müəyyənləşdirilmişdi. Bəs referendumlar baş tutubmu və nəticələr necə oldu?
Ərazilərdə ikihakimiyyətlilik
Bəhs olunan ərazilərdə referendumların keçirilməsi ilə bağlı qərarları yerli hakimiyyət qurumları veriblər. Hazırlanan bülletenlərdə fərqli suallar yer alıb. “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlandıran yerlərdə sakinlərə aşağıdakı məzmunda yalnız bir sual ünvanlanıb: “Onlar Rusiyaya qoşulmaq istəyirlərmi?” Zaporojye və Xerson vilayətlərində isə bülletenlərdə üç sual birləşdirilib: “Siz Ukraynadan ayrılmağın, regionun müstəqil dövlət olmasının və onun Rusiyanın subyekti kimi Rusiya Federasiyasına daxil olmasının tərəfdarısınızmı?”.
Əlbəttə, müşahidələrə əsasən, yerli sakinlərin referenduma mütəşəkkil qaydada qatıldıqlarını və yaxud səsvermədən qəti şəkildə imtina etdiklərini söyləmək mümkün deyil. Ekspertlər bunu referendumlardan sonra onları gözləyən qeyri-müəyyənliklə əlaqələndirirlər. Məsələ burasındadır ki, referendumların keçirilməsinə Rusiyada ən yüksək səviyyədə razılıq verilsə də, bunu Ukrayna barəsində demək mümkün deyil. Əksinə, Ukrayna hakimiyyəti yerli sakinləri referendumlarda iştirak etməməyə çağırıb. Məsələ yalnız çağırışla da bitmir. Ukrayna tərəfinin qərarına görə referendumlara qatılanları həm də 5 il müddətinədək sərt cəza tədbirləri gözləyir. Bütün bunlar da sakinləri ehtiyatlı davramağa sövq və yaxud vadar edib.
Bu arada bəhs olunan ərazilərin özündə də bir növ ikihakimiyyətlilik yarandığını söyləmək mümkündür. Belə ki, yerli administrasiya rəhbərlərinin bir qismi referendumların keçirilməsinə müsbət yanaşdıqlarını ifadə etsələr də, digərləri sakinləri müqavimət göstərməyə çağırıblar.
“Səkkiz ildən artıqdır ki, biz bu anı gözləyirdik. Uzun illər ayrılıqdan sonra ailəmizə qayıdışı gözlədiyimiz kimi gözləyirdik. Referendum tarixi bir mərhələdir, çünki bu, ümumi yolumuzun kulminasiya nöqtəsidir. Öncə biz müstəqil dövlət olduq, sonra biz respublikanın tanınmasına nail olduq və budur, üçüncü addım Rusiya ilə birləşməkdir” - özünü “Donetsk Xalq Respublikası” adlandıran bölgənin “rəhbəri” Denis Puşilin bildirib.
“Luqansk Xalq Respublikası”nın “rəhbəri” Leonid Paseçnik isə deyib ki, səsverməyə “gecikməməliyik”. “Kiyev bütün qırmızı xətləri keçib: NATO raketləri sakinlərimizi bombalayır, amansız terror hücumları təşkil edir. Bütün bunlar bizi qorxutmaq, bizi əsas məqsədimizdən geri çəkilməyə məcbur etməkdir. Lakin bu təxribatlar bizi ayağa qaldırıb. Geriyə dönüş yoxdur. Yalnız birlikdə və yalnız Rusiya ilə birlikdə ayağa qalxıb qalib gələcəyik” - deyə, Paseçnik bildirib.
Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevski isə yerli sakinlərə müraciət ünvanlayaraq onları referendumlardan yayınmağa səsləyib. Referendumları saxta adlandıran Yuri Sobolevski səsvermədən yayınmağın asan yolunu da göstərib. O, sakinlərə mənzillərinin qapılarını açmamağı məsləhət görüb. Sobolevski yerli sakinlərə məsləhət görüb ki, referenduma qatılmaq istəməmələrinin səbəbini belə əsaslandırsınlar: “Mən sonra həbsxanaya düşmək istəmirəm”.
Fərqli rəqəmlər
Bəhs olunan ərazilərdə yerli sakinlərin referendumlarda iştirakı ilə bağlı fərqli rəqəmlər səsləndirilir. Verilən məlumatlara əsasən, Xerson Mərkəzi Seçki Komissiyası səsvermədə 750 minə yaxın seçicinin iştirakını gözləyirdi. Zaporojye vilayətində siyahılara 500 min nəfərin adı daxil edilmişdi. “Donetsk Xalq Respublikası”nda 1,5 milyon seçici üçün (referendumda iştirak edə biləcək insanların sayına görə) bülleten çap edilib. Luqanskda seçici fəallığının yüksək olacağı ehtimal edilirdi.
Referendumların keçirilməsi üçün müəyyənləşdirilən tarix bitdikdən sonra Rusiya mətbuatında referendumların baş tutması ilə bağlı məlumatlar dərc olunub. Məsələn, TASS Agentliyi Luqanskda və Donetskdə keçirilən referendumların nəticələrinin tanındığı barədə materiallar dərc edib. “LXR” mərkəzi seçki qərargahının rəhbəri Yelena Kravçenko agentliyin əməkdaşı ilə söhbətində referenduma seçicilərin 50 faizindən çoxunun qatıldığını və beləliklə də, referendumun baş tutduğunu deyib. Onun bildirdiyinə görə, burada siyahılara 1 360 768 nəfərin adı daxil edilib və 135 422 nəfər öz bülletenlərini götürərək orada qoyulan suala münasibətini ifadə edib.
“DXR”nin ümumi palatasının sədri Aleksandr Qofman da öz növbəsində referendumda vətəndaşların iştirakının 50 faizi ötdüyünü bildirib. “Beynəlxalq normalara görə, referendum baş tutub”, - deyə o vurğulayıb.
Verilən məlumatlara görə, referendumları 129 beynəlxalq müşahidəçi izləyib. Onların 26 ölkəni təmsil etdikləri bildirilir.
Referendumlara görə sanksiyalar
ABŞ və Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələr referendumların keçiriləcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyinin anonsunu vermişdilər. Referendumlar bitər-bitməz Qərb, necə deyərlər, vədinə əməl etmək niyyətini birmənalı şəkildə ifadə edib. Bu dəfə Aİ-nin sərt mövqeyini Fransanın xarici işlər naziri Katrin Kolonna diqqətə çatdırıb. O deyib ki, Avropa İttifaqı ölkələ?i Donetskin, Luqanskın, Zaporojye və Xersonun Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən referendumlara görə bu ölkəni sanksiyalarla cəzalandıracaq. Bu barədə Katrin Kolonna Kiyevə səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib. Fransa XİN-in rəsmisi vurğulayıb ki, nəzərdə tutulan sanksiyalar Avropa İttifaqının xətti ilə reallaşdırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

