Braziliya ikinci turu gözləyəcək
04.10.2022 [11:06]
İki eks-dövlət başçısının mübarizəsi oktyabrın 30-na qaldı
Oktyabrın 2-də Braziliyada prezident, əyalət qubernatorları, senatorların üçdə biri, federal parlamentin və regional qanunvericilik məclislərinin deputatlarının seçkisi keçirilib. Xatırladaq ki, Braziliya qanunvericiliyinə görə, prezident seçkilərində iştirak edən namizəd ümumxalq səsinin 50%-dən çoxunu alarsa, o, seçilmiş elan edilir. Namizədlərdən heç biri 50%-lik baryeri keçməzsə, marafon ikinci tura qədər uzanır. İkinci turda yalnız birinci turda ən çox səs toplayan iki namizəd iştirak edə bilər. İkinci turun qalibi Braziliya prezidenti olur.
Konqres seçkilərinə gəldikdə isə, Milli Konqresə iki palata daxildir: milli nümayəndəlik orqanı olan Deputatlar Palatası və federasiya subyektlərinin nümayəndəlik palatası Federal Senat. Qanunverici orqanın səlahiyyət müddəti dörd ildir. Milli Konqresin aşağı palatası, Deputatlar Palatası hər bir ştatda, ərazidə və federal dairədə proporsional sistemlə seçilən xalqın nümayəndələrindən ibarətdir. Deputatların sayı, habelə ərazi vahidlərinin Palatada təmsilçiliyi seçkilərdən əvvəlki il ərzində qəbul edilən əlavə qanunla müəyyən olunur. Ştatların və federal dairələrin təmsilçiliyi onların əhalisinin sayına mütənasib olmalı və 8-dən 70-ə qədər deputatdan ibarət olmalıdır. Hər ərazi dörd deputat seçir. Hazırda Deputatlar Palatasının 500-dən çox deputatı var. Mandatlar siyahıdakı namizədlərin aldıqları üstünlüklər nəzərə alınmaqla bölüşdürülür. Federal Senata isə 8 il müddətinə seçilən 81 üzv daxildir: hər ştatdan və federal dairədən üç senator və onun iki müavini seçilir. Seçkilərdə yaşlılar və 16-18 yaşlı yeniyetmələr seçki məntəqələrinə gəlmək məcburiyyətində deyillər. Ali Seçki Məhkəməsinin (MSK-nın analoqu) məlumatına görə, bazar günü keçirilən seçkilərdə, ümumilikdə cari səsvermələrdə 156 milyondan çox insanın iştirak etmək hüququ olub.
Braziliyada prezident vəzifəsi uğrunda 11 namizəd iddialı idi. Bütün seçkiqabağı sorğular isə bu vəzifə uğrunda əsas mübarizənin eks-prezident Luiz İnasiu Lula da Silva ilə hazırkı dövlət başçısı Jair Bolsonaru arasında gedəcəyini göstərirdi. Hətta son günə qədər reytinqdə üçüncü olan Seara ştatından olan Federal Məclisin deputatı Siru Qomes bu iki namizəddən çox geri qalıb.
Seçkilərin nəticələrinə görə isə, heç bir namizəd 50 faizlik baryeri aşa bilməyib. Braziliyanın keçmiş lideri Luis İnasiu Lula da Silva və hazırkı dövlət başçısı Jair Bolsonaru oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar. Braziliyanın Ali Seçki Məhkəməsinin (MSK-nın funksiyalarını yerinə yetirir) internet saytında dərc edilmiş elektron seçki qutularının protokollarının 97,45 faizinin hesablanması belə göstərir.
Braziliyanın eks-prezidenti, 2003-2010-cu illərdə Cənubi Amerika respublikasına rəhbərlik etmiş Lula da Silva 47,95 % səs toplayıb. Onu 55 milyondan çox insan dəstəkləyib. Bolsonaru isə 43,62 % səs toplayıb, 50 milyondan çox insan ona səs verib.
Ali Seçki Məhkəməsinin məlumatına görə, qeydiyyatdan keçmiş 156 milyondan çox seçicidən təxminən 32 milyonu səsverməyə gəlməyib. Beləliklə, Lula da Silva və Bolsonaro oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.
Bu arada ABŞ dövlət katibi Entoni Blinken Braziliyanı prezident seçkilərinin birinci turunun keçirilməsi münasibətilə təbrik edib və səsvermənin ikinci turunun dinc şəraitdə keçəcəyinə ümid etdiyini bildirib. O, bu barədə tvitter sosial şəbəkəsində yazıb. “Biz Braziliya xalqını və onun dövlət qurumlarını seçkilərin uğurla keçirilən birinci turuna görə təbrik edirik və növbəti lideri seçmək hüququnun azad şəraitdə həyata keçirilməsini dəstəkləyirik. Biz Braziliyada ikinci turun eyni dinc və vətəndaşlıq borcu mühitində keçiriləcəyinə əminliyi bölüşürük”, - Blinken yazıb.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 İyul 15:20
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49

