“Nə, harada, nə zaman” bilik yarışı keçirilib
20.05.2024 [11:38]
Ümummilli lider Heydər Əliyevin 101 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Sağlam nəsil və sağlam gələcək üçün maarifləndirmə” adlı layihə çərçivəsində “Nə, harada, nə zaman” bilik yarışı keçirilib.
Bilik yarışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Layihə rəhbəri Rəsul Səlimzadə məlumat verib ki, yarışda Nizami rayonunun 24 təhsil müəssisəsindən 170-dək nümayəndə iştirak edib. Onlar 5 nəfər əsas, 2 nəfər isə ehtiyat olmaqla 24 komanda şəklində mübarizə aparıblar. Üç turun nəticəsinə görə 312 saylı orta məktəbin komandası birinci, 250 saylı orta məktəbin nümayəndələri ikinci, 129 saylı məktəbin təmsilçiləri isə üçüncü yerin qalibi olublar.
Sonra rəsmi mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, Nizami Bələdiyyəsi sədrinin I müavini Heydər Rəhimov çıxış ediblər. Bildirilib ki, müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin də əsas məqsədi ölkədə intellektual və kreativ gənclər ordusunu formalaşdırmaqdır. Əlavə olunub ki, bu cür bilik yarışlarının keçirilməsinin də əsas məqsədi məhz dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır.
Çıxışlardan sonra təltifetmə olub, qaliblərə diplomlar, medallar və kubok, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19

