/ / Azərbaycan və Tacikistan arasında əməkdaşlıq regionda iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edəcək
Azərbaycan və Tacikistan arasında əməkdaşlıq regionda iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edəcək
30.05.2024 [11:45]
İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan dünyanın əksər ölkələri kimi Orta Asiya respublikaları ilə də əlaqələri inkişaf etdirir. Bu sırada Tacikistanın da xüsusi payı var. Bu günlərdə sözügedən ölkə prezidentinin Azərbaycana dövlət səfəri bunu bir daha sübuta yetirir. Azərbaycan və Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurub. İki xalq arasında tarixi, mədəni, dini bağlılıq münasibətlərin əsasını təşkil edir. Qeyd etmək lazımdır ki, Sovertlər dövründə bu iki respublika arasında çox sıx əlaqələr olub. Ötən əsrin sonlarında müstəqillik əldə etdikdən sonra isə münasibətlərdə yeni mərhələ başlayıb və hər iki ölkə əsl dostluq şəraitində yeni imkanlara əsaslanaraq siyasi-iqtisadi, elmi-mədəni, humanitar-sosial və digər sahələrdə çoxtərəfli münasibətləri daha da inkişaf etdirib. Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın nəqliyyat-loqistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Bu da Azərbaycana olan marağı daha da artırıb. 23 may 2024-cü il tarixində Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri və iki ölkə arasında əməkdaşlıq üzrə bir çox sənədlərin imzalanması münasibətlərin mahiyyət və keyfiyyət etibarı ilə yeni pilləyə qalxmasını göstərir. Mayın 23-də Bakıda Azərbaycanla Tacikistan arasında “Strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi və rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” və “İnformasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Bu müqavilələr bir daha göstərir ki, Azərbaycanın Tacikistanla əlaqələri xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğulanan əsas məqamlar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində atılan konkret addımları əks etdirir. Sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq və iqtisadi layihələrin reallaşdırılması üzrə verilən tapşırıqlar bu münasibətlərin praktiki nəticələrini təmin edir. Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması iki ölkə arasında qarşılıqlı dəstək və əməkdaşlığın konkret nəticələrə yönəldiyini göstərir. Ölkələrimiz arasında əsası qoyulan strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq və qardaşlıq münasibətlərinin güclənməsinə xidmət edəcək. Azərbaycan və Tacikistan arasındakı strateji tərəfdaşlıq iki ölkənin liderlərinin iradəsi və xalqlarımızın dostluğu sayəsində daha da möhkəmlənməkdədir. Prezident İlham Əliyevin bəyanatında vurğulanan konkret addımlar iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafını təmin edəcəkdir. İmzalanmış sənədlər və həyata keçirilən layihələr, Azərbaycan və Tacikistan arasında əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirəcəkdir. Bu strateji tərəfdaşlıq, regionda sülh və sabitliyin təmin edilməsinə və iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan və Tacikistan arasındakı strateji tərəfdaşlıq iki ölkə arasındakı tarixi və mədəni bağları daha da möhkəmləndirəcək və gələcəkdə daha da səmərəli əməkdaşlığın təməlini qoyacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48

