Göygöl rayonunda “15 iyun Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib
14.06.2024 [11:38]
Göygöl Rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası müstəqilliyimizin dönməzliyini təmin etdi” mövzusunda tədbir keçirilmişdir.
İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikasının qurucusu xalqın xilaskarı Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 15 iyun Milli Qurtuluş Günü münasibətilə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışına dair sənədli film nümayiş olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev giriş nitqi ilə çıxış edərək Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, 15 iyun gününün Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biri olmaqla, zaman-zaman tarixin çətin sınaqlarına məruz qalan xalqımızın xilası günü kimi daxil olduğunu vurğulayaraq, qey etmişdir ki, o vaxtkı iqtidarın səriştəsizliyi ucbatından Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdığı zaman nicat yolunu Ulu Öndərdə görən müdrik xalqımızın Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsini tələb etdiyini, məhz Ümummilli Liderin rəhbərliyi altında dövlətçiliyimizin itirilməsi təhlükəsinin uğurla dəf olunduğunu, eyni zamanda böyük mənəvi sərvətlərimizdən biri olan milli birliyimizin qorunub saxlandığını bildirmiş, bu gün Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında xalqımızın daha monolit birləşdiyini diqqətə çatdırmışdır.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası müstəqilliyimizin dönməzliyini təmin etdi” mövzusunda məruzə ilə çıxış edərək, bildirmişdir ki, uzun illər idarəçilik sükanı arxasında olmuş görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin təcrübəsi məhz 15 iyun günü Azərbaycan xalqının öz müstəqilliyini qorumaq istəyi ilə birləşərək dağılmaq ərəfəsində olan ölkəmizi xilas etdi. Xalqın siyasi iradəsini əks etdirən bu birliyə arxalanan Heydər Əliyevin xilaskarlıq missiyası ölkəni vətəndaş müharibəsindən, daxili hərc-mərclikdən ləyaqətlə çıxara bildi. Daxili sabitlik, iqtisadi islahatlar, demokratik mühitin güclənməsi, ölkə iqtisadiyyatının davamlı inkişafını, dünyaya inteqrasiyasını və regionda həqiqi güc mərkəzinə çevrilməsini təmin etdi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ölkə daxilində yaranmış sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə əsaslanan Heydər Əliyev siyasi kursunu 2003-cü ildən etibarən inamla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin milli dövlətçilik fəlsəfəsinə istinad edir və bu gün cənab İlham Əliyevin həyata keçirdiyi çox sahəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Ulu Öndərin zaman baxımından başa çatdıra bilmədiyi bütün işlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Bunu Ulu Öndərin “Biz torpaqlarımıza qayıdacağıq” ifadəsinin reallaşması, torpaqlarımızın işğaldan azad olunaraq Möhtəşəm Zəfərin əldə olunması sübut edir.
Partiya veteranı Əmirxan Mövlayev, partiya fəallarından Günay Novruzzadə, Cavid Əliyev və diğərləri çıxış edərək Azərbaycan tarixinin ən şanlı səhifəsi olan “Qurtuluş Günü”nün xalqımıza bəxş etdiyi töhfələrdən, əldə olunan yüksək nailiyyətlərdən danışmış, Müstəqil Azərbaycanın bu günü və xoşbəxt gələcəyi üçün ümümmilli lider Heydər Əliyevə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə etmişlər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə YAP Göygöl rayon təşkilatının Fəxri Fərmanları və partiya üzvlüyünə yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

