Ermənistanın verdiyi mina xəritələri tamamilə yararsızdır
23.07.2024 [16:42]
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Əllidən artıq ölkəni təmsil edən nümayəndələrin qatıldığı Forumda Prezident İlham Əliyev də iştirak edib və sualları cavablandırıb.
Ölkə başçısı sualları cavablandırarkən bir daha Azərbaycan həqiqətləri, mövcud reallıqları faktlarla forum iştirakçılarının diqqətinə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan haqqında beynəlxalq mediada yayılan bəzi məlumatların həqiqətə uyğun olmadığını, ölkəmizin uzun illər ərzində bunun qurbanı olduğunu bildirib. Dövlətimizin başçısı ermənipərəst siyasətçilərin, media nümayəndələrinin Azərbaycana qarşı hücum etdiklərini, Azərbaycan haqqında yanlış narrativlər yaydıqlarını və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim etdiklərini vurğulayıb.
Prezident İlham Əliyev ölkəmizin etnik təmizləmənin, işğalın qurbanı olduğunu, bu halın 30 il davam etməsinə baxmayaraq Azərbaycanı dünyada təcavüzkar kimi təqdim etdiklərini və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmizin beynəlxalq sanksiyalara məruz qaldığını bildirib. Dövlət başçısı 1992-ci ildə ABŞ konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində ölkəmizə qarşı sanksiyalar tətbiq edildiyini diqqətə çatdrıb.
Prezident İlham Əliyev sualları cavablandırarkən mina partlayışı nəticəsində 2020-ci ildən bu yana 300-dən çox insanın ya həlak olduğunu, ya da yaralandığını, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin tamamilə yararsız olduğunu, dəqiq olmadığını təssüf hissi ilə bildirib.
“Bu gün bizdə olan məlumata görə, orada bir milyondan artıq mina basdırılıb. Ən qorxulusu o idi ki, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra - bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınırdı və onlar orada basdırılırdı. Biz bunu necə bilirik? Çünki o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda istehsal edilmişdir” yazıları var”- deyən ölkə başçısı ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra da Ermənilərin Azərbaycana qarşı mina terroru həyata keçirirdiyini söyləyib.
Prezident İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Ölkə başçısı bir neçə ay əvvəl 23 binadan ibarət yaşayış kompleksinin istifadəyə verdiyini, artıq orada sakinlərin yaşadığını, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramının həyata keçirildiyini diqqətə çatdırıb.
Türk Dövlətləri Təşkilatının gələcək inkişafıyla bağlı sualı cavablandırarkən ölkə başçısı bu təşkilatın çox böyük gələcəyi olduğunu, təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər göstərməyin vacibliyini söyləyib.
“Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq”- deyə Prezident İlham Əliyev əlavə edib.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

