YAP öz gücünü xalqın dəstəyindən alır
09.08.2024 [20:56]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyasının 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədovun şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları ilə görüşü keçirilib.
Görüşdən öncə Əli Əhmədov Ulu Öndər Heydər Əliyevin abidəsini, Keşlə Şəhidlər Xiyabanını və Vətən müharibəsi şəhidlərinin xatirə kompleksini ziyarət edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Əli Əhmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib, bütün sahələr üzrə dinamik inkişaf qeydə alınıb. İnsanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər yerinə yetirilib.
Deputatlığa namizəd qeyd edib ki, YAP aparıcı siyasi qüvvə kimi bütün imkanlarını dövlət və xalqa naminə səfərbər edərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Prezident, Milli Məclis və bələdiyyə seçkilərinin nəticələri bütövlükdə Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. Ölkədə YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu, hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının öz gücünü xalqın dəstəyindən aldığını göstərir. “Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edən partiyamızın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasında, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir”, - deyə Əli Əhmədov vurğulayıb.
Əli Əhmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan Xəlilova, Vətən müharibəsi qazisi Emin Eminov, YAP Nizami rayon təşkilatının təşviqat qrupunun üzvlərindən Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Ədhəm Məmmədov və digərləri çıxış ediblər.
Çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmin gün deputatlığa namizəd Əli Əhmədov şəhid Zakir Cəfərovun ailəsini ziyarət edib, seçki dairəsinin ən yaşlı seçicisi Xədicə İsmayılova ilə görüşüb.
Xəbər lenti
Hamısına baxMaraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

