Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni dövr yeni uğurlar vəd edir

Yeni dövr yeni uğurlar vəd edir

16.08.2024 [11:17]

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səməd Seyidovun rayonun Orta Salahlı, Qazaxbəyli və Aşağı Salahlı kəndlərində seçicilərlə görüşləri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP  Qazax  rayon  təşkilatının sədri Anar Nəbiyev Yeni Azərbaycan Partiyasının iştirak etdiyi bütün seçkilərdə qazandığı qələbələrdən bəhs edərək partiyanın 1 sentyabr – növbədənkənar parlament seçkilərində də qalib gələcəyinə əminliyini ifadə edib. “Yeni dövr ölkəmizə yeni uğurlar vəd edir”, - deyə vurğulanıb.

Deputatlığa namizəd Səməd Seyidov Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olduğunu və Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəklədiyini bildirib.

O, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı möhtəşəm qələbələrdən və tarixi uğurlardan geniş bəhs edib. Səməd Seyidov vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qazax rayonunun dörd kəndinin bir güllə atılmadan, qan tökülmədən geri qaytarılmasının Prezident İlham Əliyevin uğurlu və qətiyyətli siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Görüşlərdə, Bəsti Ələkbərova, Müqabil Məmmədov, Xatın Hüseynxanova, Məmməd Yusifov, Fərhad Qocamanov, Vaqif Nəsibov, Barat Alıyev və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıblar.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31