Naxçıvanda Yeni Azərbaycan Partiyasının 20 illiyi qeyd edilib
15.11.2012 [00:26]
Dünən Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
Tədbir iştirakçıları müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının banisi Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbir 1992-ci ildə Yeni Azərbaycan Partiyasının ilk təsis konfransının keçirildiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında davam etdirilib.
Yubiley tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyası muxtar respublika təşkilatının sədri Vasif Talıbov ölkəmizin yeni tarixində və siyasi həyatında əhəmiyyətli rol oynayan YAP-ın yaradılmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yaranıb.
Ali Məclisin sədri qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olunub: “Dağıdıcı təfəkkürün daşıyıcıları olan Xalq Cəbhəsi-Müsavat cütlüyü partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı blokada vəziyyətinə görə kəskin enerji çatışmazlığı şəraitində yaşayan Naxçıvanda Dövlət Musiqili Dram Teatrının indiki zalında keçirildi”.
Ali Məclisin sədri bildirib ki, bu gün ölkəmizdə Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik olan kütləvi və dayanıqlı, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya mövcud deyil.
Qeyd olunub ki, Ulu öndərimizin və onun qurucusu olduğu partiyanın ən böyük uğurlarından biri də siyasi varislik probleminin uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılmasıdır.
“Yola saldığımız ötən illərin nəticəsi göstərdi ki, Yeni Azərbaycan Partiyasının qüdrəti öz əksini Ulu öndərimizin tarixi prosesləri qabaqlayan müdrikliyində və Azərbaycan Prezidenti İlham Əliyevin liderlik keyfiyyətlərində tapmışdır” - deyən Ali Məclisin sədri vurğulayıb ki, dövlətimizin başçısı və partiyamızın Sədri tərəfindən gerçəkləşdirilən böyük iqtisadi layihələr, beynəlxalq aləmdə qazanılan uğurlar, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti eyni zamanda Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir.
20 illik tarixi ərzində Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər partiyanın Naxçıvan Muxtar Respublikası təşkilatının fəaliyyətində də özünü göstərməkdədir. Ötən dövr ərzində Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə sadiq qalan Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikası təşkilatı yüksək inkişaf və təşkilatlanma yolu keçib, partiyamızın sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına xeyli genişlənib. Əgər 1992-ci ildə partiyanın Naxçıvan Muxtar Respublikasındakı təşkilatlarının sırasında 1118 üzv vardısa, hazırda onların sayı 49 minə yaxındır. Başqa sözlə, partiyanın muxtar respublika təşkilatı üzvlərinin sayı 44 dəfə artıb. Bu, ilk növbədə, Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə, siyasi fəlsəfəsinə sədaqət və ehtiramın, bu gün Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən siyasətə dərin inamın və etibarın ifadəsidir.
Ali Məclisin sədri Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir” kəlamını xatırladıb, bu yolda bütün partiya üzvlərinə və fəallara uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Yeni Azərbaycan Partiyası - 20: dünənin, bu günün və gələcəyin partiyası” adlı sənədli filmə baxıblar.
Tədbir Naxçıvan Dövlət Filarmoniyası kollektivinin ifasında konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40

