1 sentyabr parlament seçkiləri – ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq
28.08.2024 [11:25]
Məlum olduğu kimi, seçki dövlətin vətəndaşlarının iradəsini göstərmək, demokratik cəmiyyətin formalaşmasında ən mühüm üsullardan biridir. Hələ ötən əsrin əvvələrində xalqın hakimiyyəti üsul-idarəsini mənimsəyən Azərbaycan Respublikası müstəqilliyin bərpasından sonra ciddi təhlükələrlə üzləşsə də, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutub. Belə ki, 1995-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyasının qəbulundan sonra ölkəmizdə denokratik seçki mühitinin formalaşması və seçki prosesinin təkmilləşdirilməsi dövlətin demokratik, şəffaf və beynəlxalq standartlara cavab verən seçkilərdə bütün dövlətlərdən daha çox maraqlı olduğunu sübut edir.
Eyni zamanda Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qəbul edilməsi, habelə ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi müasir dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin bərqərar olmasını ortaya qoyur. Təbii ki, bu zaman son 30 ildə keçirilən seçkilərin təcrübəsi də mühüm rol oynayır. Bu baxımdan dövlətimiz bütün beynəlxalq prinsipləri və qaydaları da tətbiq edərək, ümumiyyətlə, dünyada qəbul edilmiş standartlar əsasında icraedici və qanunverici hakimiyyətini formalaşdırır.
Cari ilin 1 sentyabrında keçiriləcək növbədənkənar parlament seçkiləri də növbəti çağırış Milli Məclisin formalaşdırılması məqsədi daşıdığından ölkəmizdə demokratiyanın təntənəsinə yönəlmiş siyasi aksiyadır. Bu hadisənin Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpasından 1 il sonra baş verməsi də öz əlamətdarlığı ilə seçilir. Belə ki, Vətənin ayrılmaz parçası olan Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğaldan azad edilməsindən sonra ilk dəfədir ki, həmin ərazilərdə yaradılmış seçki məntəqələrində Milli Məclisə seçkilər baş tutacaq. Qismən də olsa, öz ölkəsində köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın bir hissəsinin seçki hüququnun təmin edilməsini özündə ehtiva edən 1 sentyabr seçkiləri Azərbaycan dövlətinin müasir tarixində ciddi əhəmiyyətə malikdir.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, ölkənin bütün vətəndaşlarının seçki hüququndan istifadə etməsi, seçkilərin demokratik, şəffaf, aşkarlıq şəraitində keçirilməsi və buna lazımi imkanların yaradılması ölkənin inkişafı, siyasi fəallığın yüksəldilməsi, qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanda son 30 ildən bəri keçirilən prezident, parlament və bələdiyyə seçkiləri bunu əyani sübut edir. Çünki müstəqilliyin bərpasından sonrakı dövrdən ölkə vətəndaşları öz fikrində, seçimində azad və sərbəstdirlər. Vaxtaşırı öz iradəsini ortaya qoymaq imkanı qazanan xalqın seçki hüququna malik təmsilçiləri ümumxalq səsverməsi (referendum), prezident, parlament və bələdiyyə seçkiləri zamanı birbaşa öz seçimini sərbəst, şəxsi və gizli səsvermə yolu ilə həyata keçirir.
Demokratik dəyərlərə böyük hörmətlə yanaşan və bunu atdığı addımları ilə təsdiqləyən ölkəmizdə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı siyasi aktivlik müşahidə olunmaqdadır. Çünki budəfəki parlament seçkilərində cəmiyyətin bütün təbəqələrindən və siyasi cəbhələrindən olan şəxslərin öz namizədliyini irəli sürdüyünü də görə bilərik. Azərbaycanda seçkilərin şəffaf, demokratik, təhlükəsiz şəraitdə keçirilməsi üçün seçki komissiyalarının hərtərəfli fəaliyyət göstərmələrinə də əlverişli imkan yaradılıb. Mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarının ən müasir tələblər səviyyəsində inzibati bina və yüksək texniki avadanlıqlarla təchiz edilməsi bu istiqamətdə görülən işlərə əyani misaldır.
Milli Məclisə növbədəkənar seçkilərin keçirilməsi prosesinə əlverişli şərait yaradan demokratik dəyərlərə sadiqliyi ilə seçilən Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının məqsədi qanunverici hakimiyyətin seçkilər yolu ilə formalaşdırılması, o cümlədən növbəti parlamentin vətəndaşların iradəsi əsasında təşkil edilməsi, fəaliyyət göstərməsi və cəmiyyətin əksər hissəsinin maraqlarını təmsil etməsinə nail olmaqdır.
Ən azından ona görə ki, seçkilər ölkənin ictimai-siyasi həyatında mühüm bir hadisə, xalqın seçim hüququnun ifadəsi, əksəriyyətinin iradəsinin özündə əks etdirməsi və demokratik hakimiyyətin formalaşdırılmasının ən mütərəqqi üsuludur. Bu baxımdan ölkəmizdə demokratik seçkilərin keçirilməsi vətəndaşın öz seçiminə inamının, seçdiyi şəxsə etimadının ifadəsi olmaqla, həm də vətən, xalq qarşısında məsuliyyətinin göstəricisidir. Müşahidələrimiz onu da deməyə əsas verir ki, həmişə olduğu kimi, budəfəki seçkilərdə də Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur, eyni zamanda seçkilərin azad və sərbəst şəkildə baş tutması üçün bütün şərait və imkanlar təqdim olunub.
Xüsusi olaraq eyd edək ki, hazırda ölkəmizdə seçki prosesi öz şəffaflığına görə bəlkə də, dünyanın ən qabaqcıl ölkələrindən də sözün müsbət mənasında seçilir. Son illərdə seçkinin şəffaflığının təmin olunması baxımından atılan addımlar da bu fikirləri təsdiq edir. Seçki prosesində rəngsiz mürəkkəblərdən istifadə olunması, seçki məntəqələrinin veb-kameralarla təchiz edilməsi və s. buna sübutdur. Bütün bunlar göstərir ki, ölkəmiz azad və demokratik seçki prinsiplərinin tətbiqi yönündə mühüm inkişaf və uğurlara nail olub.
Beləliklə, qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, Azərbaycan Respublikasının seçki hüququ olan vətəndaşları 1 sentyabrda öz iradəsini müstəqil şəkildə ifadə edəcək və seçki məntəqələrinə gedərək istədikləri namizədə səs verəcəklər. Bu seçkilər ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı hesab edildiyi üçün tarixi əhəmiyyət daşıyır. Ümumiyyətlə, ölkəmizdə seçkilər hər zaman şəffaf, ədalətli və azad şəkildə keçirildiyi üçün Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar gözləyir. Bir sözlə, qarşıdan gələn parlament seçkiləri ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

