Qalib Azərbaycan yeni reallıqlarla dünyanın diqqətindədir
28.08.2024 [19:14]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın YAP Suraxanı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Suraxan rayon təşkilatının sədri Vüqar Seyidov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə getməsi qürurverici olmaqla tarixi qələbələrdən qaynaqlanır: “Yeni Azərbaycan Partiyası xalqın etimadını qazanan və doğruldan aparıcı partiyadır”.
Deputatlığa namizəd Afət Həsənova YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, partiyanın seçki platformasında uğurlar və onların əsasında müəyyənləşdirilən hədəflər öz əksini tapıb: “Bu hədəflər ictimai-siyasi sabitliyin və milli təhlükəsizliyin təmin olunmasını, xalqımızın mədəni irsinin və milli-mənəvi dəyərlərinin qorunmasını, milli maraqlara əsaslanan xarici siyasəti və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, demokratik inkişafı, müasir çağırışlara cavab verən çoxşaxəli islahatları, davamlı və dayanıqlı iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsini, müasir ordu quruculuğunu, gənclər siyasətini, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin olunmasını, işğaldan azad edilmiş ərazilərə tarixi qayıdışı və böyük quruculuq prosesini əhatə edir”.
Deputatlığa namizəd vurğulayıb ki, Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir və yüksək siyasi nüfuzu ilə fərqlənir: “Əlbəttə, biz yeni dövrə Yeni Azərbaycanla gedirik. Əvvəlki parlament seçkilərindən fərqli olaraq bu dəfə seçkilər suveren respublikamızın bütün ərazilərində keçiriləcək. Şübhə yoxdur ki, yeni dönəmdə Azərbaycan yeni zirvələr fəth edəcək”.
Tədbir iştirakçılarından Arzu Hacızadə və Nuriyyə Dəmirova çıxış edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün Afət Həsənova Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində də bir qrup seçici ilə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

