Azərbaycan xalqının qürur mənbəyi
12.12.2012 [01:26]
YAP Qaradağ rayon təşkilatında Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ümummilli liderin həyat və fəaliyyətindən danışıb: “Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Müstəqilliyin ilk illərində Azərbaycan parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin vəziyyətdə xalq üzünü xilaskarına-Ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli lider xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyun ayında Bakıya gəldi. İyunun 15-də Onun respublika rəhbəri seçilməsi ilə müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Uğurlu daxili siyasət nəticəsində ölkədə sabitlik yaradıldı. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmadan heç bir sosial-iqtisadi islahatdan, uğurdan danışmaq olmaz. Ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması investisiya axınının sürətlənməsinə stimul verdi. Dünyanın tanınmış şirkətləri ilə neft müqavilələri imzalandı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafında, dünya iqtisadi sisteminə inteqrasiyada yeni bir mərhələnin əsası qoyuldu. Bu müqavilədən sonra onlarla sazişin imzalanması Azərbaycanın gələcəyinə olan inamdan irəli gəlirdi”.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Zəfər Əliyev, ARDNŞ-in “Azneft” İB Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev, Qaradağ RİH-in şöbə müdiri Munis Bayramov, YAP Qaradağ rayon təşkilatının əməkdaşı Zaməddin Ziyadoğlu Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Ümummilli lider Azərbaycan xalqının milli qürur, iftixar mənbəyidir. Dövləti, xalqı ilə qürur duyan hər kəs eyni dərəcədə Ulu öndər Heydər Əliyevlə fəxr edir. Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir. Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda Ulu öndər Heydər Əliyevin ideyalarına istinad etməsi ilə əlaqədardır.
Bildirilib ki, Ulu öndərin fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri Azərbaycanda sıçrayışlı inkişafın təmin edilməsi ilə yanaşı, milli dəyərlərin, qədim ənənələrimizin, milli-mənəvi sərvətlərimizin qorunub saxlanılmasında göstərdiyi əvəzsiz xidmətlərlə bağlıdır.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

