Qubadlının yeni inkişaf dövrü
21.10.2024 [17:57]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Ölkəmizin cənub-qərbində yerləşən Qubadlı əsasən dağlıq relyefə malik rayonlarımızdandır. Qərbdən 120 km məsafədə Ermənistan Respublikası, şimaldan Laçın və Xocavənd rayonları, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəd olan Qubadlının kəndlərinin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir.
31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunarkən Qubadlı rayonundan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. İşğal dövründə rayonun bütün yaşayış məntəqələri, evlər, inzibati binalar, sosial obyektlər, mədəniyyət obyektləri, məscidlər, körpülər, həmçinin bütün infrastruktur tamamilə yerlə yeksan edilib. Qubadlıda mövcud olmuş 13160 hektar meşə sahəsi belə işğal dövründə məhv edilmişdir. Ermənistan Qubadlı rayonunda misilsiz vandalizim aktları ilə yanaşı müharibə cinayətləri də törətmişdir. Belə ki, xaricdən gətirilən ermənilər rayonun Xanlıq kəndində qanunsuz yollarla yerləşdirilmişdilər. Bu isə Cenevrə konvensiyalarına görə müharibə cinayətidir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş hesab olunur.
Qubadlı rayonu 27 il iki ay erməni işğalında qaldı. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin 28-ci günü 44 günlük hərbi əməliyyatların gedişatında növbəti əhəmiyyətli dönüş nöqtəsi oldu və Qubadlı azad edildi. Rayonun azad edilməsi əməliyyatı bir neçə gün çəkmişdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Həmçinin yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürüldü və 25 oktyabr tarixində şəhər işğaldan azad edildi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edən bir əməliyyat olmuşdur. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əməyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis etmişdir.
Bu gün Qubadlı özünün yeni inkişaf dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 4 dəfə Qudadlı rayonuna səfər etmiş və 23 dekabr 2020-ci il tarixdə ilk səfəri zamanı Dövlət Bayrağını şəhər ərazisində ucaltmışdır. Ölkə başçısı 25 oktyabr 2021-ci tarixdə növbəti səfəri zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
19 oktyabr 2022-ci ildə üçüncü səfəri zamanı Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuş, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmişdir.
2023-cü il may ayının 4-də isə Prezident İlham Əliyev dördüncü dəfə rayona səfər etmiş və Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir.
Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş və Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

