Məhsuldar çoxtərəfli əməkdaşlıq formatı
15.11.2024 [17:19]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin 30 il ərzində Ermənistanın işğalı ilə üzləşdiyini xatırlatdı. Ölkə başçısı bildirdi ki, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini Azərbaycan öz gücü ilə icra etdi. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan güclü ölkəyə çevrildi. Dörd il öncə Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdi və beləliklə, öz suverenliyini tam bərpa etdi. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Azərbaycan həmin qətnamələrin tələblərini öz gücü ilə icra etdi, beynəlxalq hüququ və ədaləti bərpa etdi, Ermənistanın işğalına son qoydu.
Prezident İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra hədəfə çevrildiyini və bunun qarayaxma kampaniyası olduğunu da vurğuladı. Ölkə başçısı qeyd etdi ki, özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Ölkə başçısı COP29-a qarşı boykot kampaniyası həyata keçirmək istəyənlərin diqqətinə çatdırdı ki, 196 ölkədən 72 min iştirakçı qeydiyyata alınıb ki, onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Bu isə təbii ki, COP29-a qarşı boykot kampaniyası həyata keçirmək istəyənlər üçün qara xəbərdir.
COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Bu da o deməkdir ki, Azərbaycan məhsuldar çoxtərəfli əməkdaşlıq formatı yaradıb. Ölkə başçısı onu da bəyan etdi ki, COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

