Ağdamda 4 ildə geniş miqyasda tikinti-quruculuq işləri görülüb
18.11.2024 [17:28]
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Etiraf edək ki, qədim və gözəl Qarabağımızın aran hissəsindən giriş qapısı olan Ağdam şəhərinin və bu rayonun ərazisinin üçdə ikisinin düşmən tərəfindən işğal edilməsi, buranın uzun illər ərzində vəhşicəsinə yağmalanması, vandalcasına dağıdılması dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızın heysiyyatına toxunurdu. Qəlbimizdə bu ədalətsizliyə qarşı sonsuz hiddət, qəzəb və intiqam hissi alovlanırdı. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Ağdam heç vaxt düşmənə baş əyməmiş, sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Dörd il əvvəl isə Ağdam bir güllə atılmadan, bir nəfər də şəhid verilmədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan Ordusunun şanlı hərbi Qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. Bu gün həmin hadisədən düz 4 il ötür. Bu il iyulun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü elan edilib. Bu xoş xəbər, müjdə xalqımızın ictimai-siyasi həyatında daim milli dövlətçiliyə sədaqəti ilə seçilən, mədəniyyətimizin inkişafına böyük töhfələr verən Ağdamın bütün vətənpərvər sakinləri və ziyalıları tərəfindən sonsuz minnətdarlıq hissilə qarşılanıb. İlahi ədalət deyilən bir anlayış var. Qarabağda ədalət qələbə çalmalı idi. Məhz belə də oldu. Bu gün Qarabağın hər bir guşəsində Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır. Ermənilərin adını xəritələrdən əbədi silmək üçün vandalcasına dağıtdıqları Ağdam şəhərində və bu rayonun, demək olar ki, bütün kəndlərində son 4 ildə heyrətamiz səviyyədə tikinti-quruculuq işləri görülüb və görülməkdə davam edir. Ermənilər dağıdırdı, biz qururuq, dirçəldirik. Ona görə ki, bura halal torpağımızdır, Vətənimizdir! Bu gün Ağdam rayonu və onun yaşayış məntəqələri gözlərimiz önündə yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir. Hazırda Ağdam şəhəri dünya memarlarının da diqqət mərkəzindədir. Təsadüfi deyil ki, 2022-ci il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm tədbirdə iştirak ediblər. Dövlətimizin başçısı forumdakı dərin məzmunlu, parlaq çıxışında demişdir: “İndi biz burada – işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələri icra olunur. ...Beləliklə, biz artıq burada – Ağdamda bir neçə evin tikintisinə başlamışıq. Mən dünən burada idim və 3 kəndin – Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etmişdim. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır”. Əminliklə demək olar ki, qədim Qarabağın yeni Ağdamı ən yaxın illər ərzində 100 minlik əhalini öz qoynuna alacaq. Ermənilərin xarabazara qoyduğu köhnə Ağdam şəhərinin yerində məmləkətimizdə öz böyüklüyünə görə dördüncü, külli-Qarabağın isə ən böyük şəhəri inşa olunacaq. Artıq Ağdamın yeni günləri başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr bunu söyləməyə əsas verir.
23.11.2020-ci ildə baş tutan səfər zamanı Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması, dağıdılmış Ağdam Cümə məscidini ziyarət xalqımıza qürur dolu anlar yaşatdı.
28.05.2021-ci ildə edilən səfər Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının təməlqoyma mərasimləri ilə yadda qaldı. Həmçinin, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq oldu. Bundan əlavə, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimləri könülləri oxşadı. Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanışlıq xalqımızın yaddaşına silinməz izlərlə həkk olundu.
13.02.2022-ci ildə baş tutan səfər də əlamətdardır. Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, Yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri oldu. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanışlıq yaddaqalandır.
04.10.2022-ci il tarixli səfərdə ölkə Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldu. Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı və Kəngərli kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etdi. Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanış oldu. Xurşidbanu Natəvanın abidəsinin açılış mərasiminə qatıldı. Növbəti yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, Sarıcalı kəndinin təməlqoyma mərasimlərini etdi.
15.10.2023-cü il tarixli səfər zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq oldu.
Böyük quruculuğun, şəhər günün mübarək, tarixi Ağdam!
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

