Yeni kommunikasiya layihələri üçün zəmin yaratmış müqavilə
18.11.2024 [17:34]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı və 44 gün ərzində Vətən müharibəsində Böyük Qələbə qazandı. Qəhrəman əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı şəkildə irəliləyərək doğma torpaqlarını 30 illik düşmən işğalından azad etdilər. Azərbaycan Ordusunun zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və diplomatik məharəti sayəsində 2020-ci il noyabrın 10-da ordusu məhv edilmiş Ermənistan rüsvayçı kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənistanın təslim olduğunu rəsmən təsdiqləyən bu sənədin imzalanmasından sonra mövqeləri güclənən Azərbaycan təkcə işğalçı ölkəyə deyil, onu himayə edənlərə də sərt üzünü göstərdi. İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmən təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından 4 il ötür. Bu bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. Şuşanın alınması Ermənistanı tamamilə tərksilah etdi, işğalçı ölkənin bütün manevr imkanlarını iflasa uğratdı, İrəvanın dünya ictimaiyyətini aldatmaq taktikası öz mənasını itirdi, düşmən müqavimət göstərməyin mənasız olduğunu anladı və təslim oldu.
Əlbəttə, bu sənədin imzalanması Azərbaycanın gələcək nəaliyyətlərinin əsasını qoydu. Sənəd, eyni zamanda, postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəmin yaradan strategiyanın başlanğıcı idi. Azərbaycanın ərazi bütövlüyünün bərpasını rəsmən təsdiqləyən bu bəyanat istər döyüş meydanında, istərsə də danışıqlar masası arxasında rəsmi Bakının mövqelərini daha da gücləndirdi. Ən əsası, sənədin imzalanması nəticəsində böyük ərazilərimiz qansız və itki olmadan azad edildi.
Bəyanatda digər mühüm məqam ondan ibarət idi ki, “Dağlıq Qarabağ”a hər hansı statusun verilməsindən söhbət getmirdi və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilirdi. Bu, şübhəsiz, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutu oldu. Noyabrın 10-da imzalanmış Bəyanat Prezident İlham Əliyevin qeyd etdiyi kimi sadəcə, atəşkəs barədə razılaşma deyil, bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. Bəyanatın kommunikasiyaların açılmasını təmin etdiyini vurğulayan dövlət başçımız əlavə etmişdi ki, sənəd regionda gələcək əməkdaşlığa dair Bəyanat olmaqla yanaşı, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir.
Üçtərəfli Bəyanat, Cənubi Qafqazda yeni geosiyasi reallıqların əsasını qoydu. Azərbaycan, azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı. Minalardan təmizləmə, infrastrukturun bərpası, yeni yollar və hava limanlarının inşası bu prosesin bir hissəsi idi. Xüsusilə, bölgədə bir neçə hava limanının tikilməsi regionda iqtisadi və turizm potensialını artırmaq məqsədi güdürdü Bəyanat, Cənubi Qafqazda uzun müddətli sabitlik və sülhə nail olmaq üçün vacib addım olaraq qiymətləndirilir. Bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və Ermənistanın hərbi mövcudluğu aradan qaldırıldı.
10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat İkinci Qarabağ Müharibəsindən sonra regionda sülh və əməkdaşlıq üçün yeni bir dövrün başlanğıcını qoydu. Bu bəyanat yalnız Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də regional əməkdaşlıq imkanlarının genişlənməsi üçün bir platforma yaratması ilə əhəmiyyətlidir. Məhz bu kontekstdə Ali Baş Komandan İlham Əliyev tərəfindən "3+3" formatı, yəni Cənubi Qafqazın üç dövləti (Azərbaycan, Ermənistan, Gürcüstan) və regionun üç böyük ölkəsi (Türkiyə, Rusiya, İran) arasındakı əməkdaşlıq formatı təklif edildi. "3+3" formatı bölgədə uzunmüddətli sabitlik və qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmaq məqsədini daşıyır. Bu təşəbbüs, Qafqaz regionunda müxtəlif tərəflər arasında iqtisadi, nəqliyyat, təhlükəsizlik və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlib. Bu formatda xüsusilə iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi prioritetdir; belə ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə arasında quru əlaqələrinin bərpası, digər region ölkələrinə də mühüm ticari faydalar gətirə bilər. Üçtərəfli bəyanatın siyasi və təhlükəsizlik elementləri "3+3" formatının əsasını təşkil edir. Bu format həm də beynəlxalq güclərin regiona müdaxiləsini azaltmaq və yerli ölkələrin öz maraqlarına uyğun şəkildə sabitliyi təmin etməsinə imkan yaratmaq məqsədi güdür. Beləliklə, üçtərəfli bəyanatla başlayan diplomatik proses "3+3" formatı vasitəsilə bölgədə inteqrasiya və əməkdaşlıq perspektivlərini artırır və Cənubi Qafqazda yeni tarazlıq mühiti yaradır.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

