Yeni Azərbaycan Partiyası ölkəmizin parlaq gələcəyinin partiyasıdır
19.11.2024 [17:12]
Elşən Əzizov,
YAP Saatlı rayon təşkilatının sədri
Noyabrın 21-də Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində,ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri,müdrik oğlu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində,bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları,tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.Belə bir məqamda, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Yeni Azərbaycan Partiyası xalqımızın çox ağır bir dönəmində onun mənafelərinə xidmət edən və ölkə qarşısında duran problemlərin həlli ilə məşğul olan, zərurətdən yaranmış bir siyasi təşkilatdır. Yarandığı vaxtdan ətrafına çoxlu sayda təəssübkeş toplayan siyasi təşkilat getdikcə cəmiyyətdə böyük nüfuz qazandı. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi vaxtda ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir partiya tez bir zamanda regionun ən böyük siyasi təşkilatına çevrildi. Müstəqilliyini yeni bərpa etmiş, ancaq səriştəsiz rəhbərlərin böhrana sürüklədiyi, uçuruma apardığı Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi. “Dünənin, bu günün, gələcəyin partiyası” olan YAP müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyası istər xalqımızın Ümummilli lideri Heydər Əliyevin, istərsə də cənab Prezident İlham Əliyevin rəhbərliyində çoxsaylı uğurlara imza atıb. YAP ən çətin, mürəkkəb və ölkədə cərəyan edən böhranın, vətəndaş müharibəsinin, separatizmin, işğalın olduğu dövrdə hakimiyyətə gəlib. Və iqtidara gəldiyinin ilk illərində Yeni Azərbaycan Partiyası Azərbaycanda bir neçə dəfə baş vermiş dövlət çevrilişinə cəhdin qarşısını alıb. Bütün bunları xatırladıqca bu tarixin şahidləri və müasirləri kimi YAP-ın Azərbaycanın çağdaş dövlətçilik tarixində nə qədər misilsiz rolu və xidmətləri olduğunun deyə bilərik.
Xalqımız Partiyamızın bu fədakar xidmətlərini, onun şərəfli və keşməkeşli tarixini heç vaxt unutmayacaq, əksinə gələcək fəaliyyətində tarixi təcrübə hesab edəcəkdir. Çünki Yeni Azərbaycan Partiyası iqtidarı xalqımızı xaosdan, vətəndaş müharibəsindən, fəlakətdən qurtararaq, erməni faşizmi üzərində əfsanəvi qələbə qazanıb. Yeni Azərbaycan Partiyası şərəfli, keşməkeşli və işıqlı bir yol keçib. Yeni Azərbaycan Partiyasına əbədiyaşarlıq verən bu yol isə Qurtuluşdan başlayaraq Şuşa zirvəsinə ucalan şərəfli Zəfər yoludur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər həm bölgədə, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkəmizdə son illərdə bütün sahələrdə çox sürətlə uğurlu islahatlar həyata keçirilir. Bu islahatların uğurlu nəticələrinə görə respublikamız dünyada islahatçı dövlət kimi tanınır. Bütün sahələri əhatə edən islahatlar sözsüz ki, ölkəmizin siyasi həyatından da yan keçə bilməzdi. Ulu Öndər Heydər Əliyevin xeyir-duası və müdrikliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində VII qurultayının keçirilməsi ölkə həyatı üçün mühüm ictimai-siyasi hadisə hesab edilir. Bu Qurultay ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar və tarixi hadisələrin baş verdiyi, eləcə də əsaslı islahatların həyata keçirildiyi dövrdə baş tutdu. Son illərdə çoxpartiyalı olan ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiyanı da məhz bu islahatların tərkibi kimi qəbul etmək lazımdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

