YAP-ın dünəni zəngin və şərəfli olub, bu günü fəal quruculuq və xalqa xidmətdən ibarətdir
21.11.2024 [10:30]
“32 il öncə, 1992-ci ilin 21 noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təsis qurultayı çağırıldı. Yaranan yeni partiyaya Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev sədr seçildi. Həmin tarixi hadisədən təxminən 6 ay sonra Yeni Azərbaycan Partiyası xalqın partiyasına çevrildi”.
Bu fikirlər YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynova məxsusdur. Onun sözlərinə görə, 1992-ci ildə Yeni Azərbaycan Partiyası Naxçıvanda təsis olunsa da, Azərbaycanın bütün bölgələrində təşkilatları, üzvləri və nümayəndələri var idi: “Həmin nümayəndələr də öz bölgələrinə qayıdarkən partiyanın arzu və istəklərini reallaşdırmaq üçün mübarizəyə başladılar. 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Yeni Azərbaycan Partiyasının funksionerləri Azərbaycanın idarəçiliyinə cəlb olundu və 32 ildir ki, bu partiya Azərbaycanı uğurla idarə edir”.
Z. Hüseynovun fikrincə, Ümummilli Lider Heydər Əliyevin layiqli varisli, dahi şəxsiyyətdən sonra partiyaya başçılıq edən cənab İlham Əliyev xalqı partiyanın azərbaycançılıq ideologiyası ətrafında birləşdirə bildi, güclü ordu, iqtisadiyyat yaratdı: “Xalq Ali Baş Komandana, Yeni Azərbaycan Partiyasının Sədrinə inanırdı və partiya üzvləri Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün sədaqətli əsgər kimi mübarizəyə başladı. Bu mübarizənin nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində düşmən darmadağın edildi və Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi”.
“Bu gün 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasında gənclərin xüsusi yeri var, eyni zamanda partiya veteranlarının təcrübəsindən kifayət qədər istifadə olunur. YAP-ın dünyanın demokratik partiyaları ilə əlaqələri mövcuddur. YAP öz liderinin rəhbərliyi altında Azərbaycanı bütün xarici təhlükələrdən, çətinliklərdən, bir çoxlarını məcburi köçkün həyatından qurtarıb”, – deyən Z.Hüseynov vurğulayıb ki, “Tarixi zəfərin yaratdığı imkanlar hesabına bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində quruculuq işləri gedir, “Böyük qayıdış” həyata keçirilir: “Təbii ki, hakim partiya bu məsələlərin uğurla həll olunması üçün əlindən gələni edir. Çünki Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu YAP bu gün Cənubi Qafqazın ən böyük partiyasıdır, həmçinin partiyanın apardığı işlər Azərbaycan xalqının arzu və istəklərini reallaşdırır. Nə qədər ki, Azərbaycan var, YAP da azərbaycançılıq ideologiyasını uğurla həyata keçirməklə ölkəmizin bütövlüyünü qoruyacaq. Azərbaycanın hər yerində üçrəngli bayrağımız şərəflə dalğalanacaq”.
Sonda partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kimi tarixi şüarını xatırladan Z.Hüseynovun sözlərinə görə, partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmətdən ibarətdir.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49

