Kəlbəcərlilər böyük coşqu ilə dədə-baba yurduna qovuşmağın sevincini yaşayırlar
25.11.2024 [18:07]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
44 günlük Vətən müharibəsinin şanlı Zəfərə aparan hər bir günü bütün dünyanın yaddaşına Azərbaycan xalqının qəhrəmanlığı ilə həkk oldu. Vətən müharibəsində torpağının altı da, üstü də zəngin xəzinə olan Kəlbəcərin bir güllə aılmadan işğaldan azad olunması Azərbaycan xalqının humanistliyini bir daha dünyaya bəyan etdi. 27 il Kəlbəcəri əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verildi. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi bunun bariz nümunəsi idi.
Ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev Kəlbəcər rayonu işğaldan azad olunan gün xalqımızı təbrik edərək, bildirib ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır.
Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Haqqın, ədalətin bərpa edilməsinə doğru qətiyyətlə irəliləyən Azərbaycanın dünyanı heyrətə salan böyük qələbəsindən keçən qısa zaman ərzində işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı yenidənqurma, bərpa – quruculuq işləri geniş vüsət aldı. Dünya Azərbaycan xalqının bu torpaqların sahibi olduğunun bir daha şahidi oldu.
Düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəlir, cənnətə çevrilir. İşğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün yaradılan ən yaxşı həyat şəraiti Prezident cənab İlham Əliyev siyasətinin uğurlarının davamı kimi tariximizə qızıl hərflərlə yazılır. İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcər rayonu da bərpa olunur, düşmən işğalından əvvəlki günlərinə qovuşur. Düşmənin cəngindən azad edilən dağlıq ərazidə yerləşən Kəlbəcərə qış aylarında gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə Murovdağ silsiləsində dünyanın ən uzun avtomobil tunelinin çəkilməsi, bölgənin yol-nəqliyyat infrastrukturunun bərpası, müasir standartlara cavab verən xəstəxanaların, məktəblərin, yaşayış binalarının, mədəniyyət obyektlərinin tikilməsi, elektrik stansiyalarının quraşdırılması, sadalamaqla qurtarmayan infrastruktur layihələrin həyata keçirilməsi hər kəsdə böyük ruh yüksəkliyi yaradır.
Bu gün kəlbəcərlilər böyük coşqu ilə düşmən tapdağından birdəfəlik azad olan diyarda genişmiqyaslı tikinti, quruculuq işlərinə start verilməsi ilə dədə-baba yurduna qovuşmağın sevincini yaşayırlar. Artıq Azərbaycan xalqı öz əzəli-əbədi torpaqlarımızın işğal tarixlərini deyil, işğaldan azad edildiyi tarixləri sevinclə, fəxrlə qeyd edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

