YAP Nərimanov rayon ərazi partiya təşkilatında iclas keçirilib
05.12.2024 [17:26]
YAP Nərimanov rayon ərazi partiya təşkilatında iclas keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Ağa Nemətulla 105” ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
İclasda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclası giriş sözü ilə “Ağa Nemətulla 105” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Vahid Quliyev açaraq partiya üzvlərini salamlayıb və ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat verib.
İclasın sədrliyi ARDNŞ (SOCAR) üzrə ərazi partiya təşkilatının sədri Ağaəli Hüseynova təqdim edilib. Ağaəli Hüseynov çıxış edərək, ölkədə aparılan düzgün siyasət, 32 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında geniş bəhs edib.
Sonra Ağaəli Hüseynov iclasın gündəliyini elan edib. Gündəlikdə olan əsas məsələ ərazi partiya təşkilatına yeni sədrin seçilməsinə zərurətin yaranması olub. Gündəlikdə olan məsələ səsə qoyulub, yekdil səslə ARDNŞ (SOCAR) Kompleks Qazma İşləri Trestinin müdiri Rəşad Əsgərov ərazi partiya təşkilatının sədri seçilib.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb. E. Quliyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb. Təşkilat sədri qeyd edib ki, ərazi partiya təşkilatı öz fəaliyyətini əsasən YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurmalıdır.
E. Quliyev yeni seçilmiş sədri təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb.
“Ağa Nemətulla 105” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Rəşad Əsgərov ona göstərilən inam və etimada görə təşəkkürünü bildirib, partiyanın inkişafı üçün əlindən əsirgəməyəcəyini qeyd edib.
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12

