Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə malikdir
22.01.2025 [12:49]
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Xarici siyasətini bütün dövlətlərdə qarşılıqlı hörmət və etimad prinsipləri əsasında quran Azərbaycanın qonşu Gürcüstanla strateji əməkdaşlığı bölgədə sabitliyin təminatına ən etibarlı töhfədir. Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasında, Şərq-Qərb dəhlizi üzrə yüklərin daşınmasında ən önəmli tərəfdaş, tranzit bölgə kimi xüsusi əhəmiyyət daşıyan hər iki ölkənin tarixi köklərə, zəngin ənənələrə malik əlaqələri daha da təkmilləşir. Rəsmi Bakı ilə Tbilisinin birgə səyi ilə reallaşan beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra daha da möhkəmlənən əlaqələrimiz hazırda bütün sahələrdə uğurla inkişaf edir.
Yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.
Möhkəm təməllərə əsaslanan, zamanla daha da inkişaf edən dövlətlərarası münasibətlər XXI əsrin ən qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasına münbit şərait yaradıb. Hər iki ölkənin milli maraqlarına, dövlətçilik mənafeyinə uyğun siyasi, iqtisadi, sosial məsələlərin, imzalanan sənədlərdə göstərilən prioritetlərin icrasında göstərilən birgə səylər münasibətləri daha da möhkəmləndirir. Əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Hazırda bu sənədlərin sayı 123-dür. Dünyanın siyasi arenasında geosiyasi və geostrateji əhəmiyyəti ilə aktuallığını qoruyan Cənubi Qafqazın bu iki dövlətinin İpək Yolunun üzərində yerləşməsi, Orta Dəhliz layihəsinin əsasını təşkil edən irimiqyaslı enerji və nəqliyyat layihələrinin yeni keyfiyyət baxımından icrasındakı iştirakı bölgənin aparıcı dövlətləri olan Azərbaycanla Gürcüstana marağı artırır.
Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi, qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Mətbuata bəyanatında Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti olduğunu bildirən cənab İlham Əliyev qeyd etdi ki, çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ilk xarici səfərdir: “Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm”.
Hər iki dost, qardaş ölkənin məqsədi əlaqələri sağlam münasibətlər əsasında davam etdirmək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır. Ulu Öndər Heydər Əliyevlə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasındakı dostluğun münasibətlərimizin inkişafında, möhkəm təməlin yaradılmasında rolu daim xüsusi qeyd edilir. Bu iki şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdı. Bu tarixi şəxsiyyətlər hər iki xalq üçün əvəzedilməz lider adlandırılırlar.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu ölkələrin birgə səyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələri Avropa dövlətlərinin bu sahədə təhlükəsizliyinə xidmət göstərir. Səfər çərçivəsində Orta Dəhliz layihəsi müzakirə edildi. Orta Dəhliz hər iki ölkənin maraqlarına uyğundur. “Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər” söyləyən cənab İlham Əliyev bildirdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq: “Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.” Gürcüstanda və Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstərilir.
Reallıq budur ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

