YAP Xətai rayon təşkilatının X konfransı keçirilib
18.05.2013 [17:36]
Mübariz Qurbanlı: Azərbaycan öz siyasətində müstəqildir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının X konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam edən konfransı giriş sözü ilə açan YAP Xətai rayon təşkilatı İdarə Heyətinin üzvü, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, bu gün sıralarında yüz minlərlə insanı birləşdirərək gələcəyə böyük inamla irəliləməsindən geniş bəhs edib.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov gündəliyə uyğun olaraq IX konfransdan ötən dövr ərzində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. H.Mirələmov partiyanın Xətai rayon təşkilatının keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, təşkilat IX konfransdan ötən dövr ərzində fəaliyyətini daha da genişləndirib, üzvlərinin sayı artıb. 1993-cü il fevralın 13-də təsis konfransını keçirən təşkilat 25 ərazi ilk partiya təşkilatını özündə birləşdiririb. Təşkilatın üzvlərinin sayı 500 nəfər idi. Ötən dövr ərzində YAP Xətai rayon təşkilatı tərkibini genişləndirərək, ilk ərazi təşkilatlarının sayı 144-ə çatıb, üzvlərinin sayı isə 20 mindən çoxdur.
Sonra məruzə ətrafında çıxışlar olub. YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Məcidova və YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Əliyev YAP-ın bu gününə və gələcəyinə inamı şərtləndirən amillərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, partiyanın 600 min üzvünün hər biri qurultayda iştirak etməyə layiqdir. Amma qurultayların özünəməxsus xüsusiyyətləri var. Bu seçki ilə əlaqədar keçirilən qurultaydır. Qurultay nümayəndələrinin say tərkibindən asılı olmayaraq, reallıq budur ki, YAP-ın sıralarında birləşən hər kəs Heydər Əliyev siyasətini təbliğ edən insanlardır. M.Qurbanlı qeyd edib ki, qurultayda cənab İlham Əliyevin prezidentliyə namizədliyi rəsmi şəkildə irəli sürüləcək: “Artıq bir ildən çoxdur ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan şəxslər cənab İlham Əliyevin namizədliyinin irəli sürüldüyünü bəyan ediblər. Eyni zamanda bir sıra ictimai qurumlar da toplantılarını keçirərək, cənab İlham Əliyevin namizədliyini irəli sürüblər. Amma cənab İlham Əliyevin namizədliyinin rəsmi şəkildə Mərkəzi Seçki Komissiyasına təqdim etmək iqtidarına malik olan qurum Yeni Azərbaycan Partiyasıdır”.
M.Qurbanlı deyib ki, qarşımızda çox ciddi vəzifələr dayanır: “Əsas vəzifə ondan ibarətdir ki, cənab İlham Əliyevin qələbəsini təmin etmək üçün bütün gücümüzü sərf etməliyik. Rəqiblərimizin zəifliyi bizdə arxayınlıq hissi yaratmamalıdır. Ona görə də Yeni Azərbaycan Partiyası xüsusilə təbliğat-təşviqat kampaniyası dövründə fəallıq nümayiş etdirməli, dövlətimizin uğurlu siyasəti, cənab İlham Əliyevin gördüyü işlər, əldə olunan uğurlar əsaslı şəkildə təbliğ olunmalıdır”.
Qeyd olunub ki, Azərbaycanın bugünkü reallıqları göz qabağındadır. İqtisadiyyatımız sürətlə inkişaf edir. İqtisadi tərəqqi maliyyə imkanlarının artması ilə müşaiyət olunur. İqtisadi və maliyyə imkanlarının genişlənməsi mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə stimul verir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Dövlətin siyasətinin mərkəzində insan amili dayanır. Konstitusiyamızda da bu maddə öz əksini tapır ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaq, onların layiqli həyat səviyyəsini təmin etməkdir.
M.Qurbanlı qazanılan uğurların fonunda cənab İlham Əliyevin prezident seçkilərində qələbəsinin şəksiz olduğunu diqqətə çatdırıb. Bir daha qeyd olunub ki, Yeni Azərbaycan Partiyası olaraq, bu, bizdə arxayınlıq yaratmamalı, səylərimizi daha da artırmalıyıq.
Sonda gündəliyə uyğun olaraq YAP Xətai rayon təşkilatından partiyanın V qurultayına nümayəndələr seçilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

