Böyük uğur hekayəti - Cənub Qaz Dəhlizi
07.04.2025 [15:29]
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Pan-Avropa qaz təchizatçısı olan ölkəmizin təchizat coğrafiyası davamlı olaraq genişlənir. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Ölkəmiz investor kimi bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında iştirak edir ki, bu da qaz təchizatı coğrafiyasının birmənalı olaraq genişlənəcəyi deməkdir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları zamanı Prezident İlham Əliyev çıxışında vurğuladı ki, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.
Bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriya rolunu oynayan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə işləyir. Cənub Qaz Dəhlizini böyük uğur hekayəti adlandıran ölkə başçısı mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylərin vacibliyini xüsusilə qeyd etdi. Prezident İlham Əliyev faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatlarının böyük geosiyasi dəyişikliklər fonunda öz siyasətinə yenidən baxmalı olduqlarını da tədbir iştirakçılarının diqqətinə çatdırdı. Əks halda problemlər qaçılmaz olacaq.
Ölkəmizin yaşıl gündəliyi haqqında fikir bildirərkən ölkə başçısı Günəş və Külək Enerji stansiyalarına aid imzalanmış müqavilələrin 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcəyini diqqətə çatdırdı. Nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə edilən təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qaz ixraca yönəldiləcək. Azərbaycan öz sərmayəsi ilə fəal şəkildə inkişaf edir. Belə ki, Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində 270 meqavatlıq su elektrik stansiyaları qurulub. 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları zamanı Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur və növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialı demək olar ki, iki dəfə artacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

