Qərbi Azərbaycanın təbliğində gənclərin rolu adlı tədbir keçirildi.
18.04.2025 [16:21]
Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycanın təbliğində gənclərin rolu” mövzusunda silsilə tədbirlər çərçivəsində əlamətdar bir görüş baş tutdu.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Qərbi Azərbaycana həsr olunmuş video-çarx nümayiş etdirildi.
Tədbirin açılış çıxışı ilə YAP Nəsimi rayon təşkilatının sədri cənab Azər Süleymanov çıxış edərək Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında təbliğinin vacibliyini vurğuladı.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, çıxışında dövlət siyasətində gənclərə verilən önəmi və Qərbi Azərbaycan məsələsinin gənc nəslə düzgün çatdırılmasının əhəmiyyətini qeyd etdi.
Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Qərbi Azərbaycan İcması Gənclər Şurasının rəhbəri Şahin İsmayılov çıxış edərək bildirdi ki, Qərbi Azərbaycan məsələsi yalnız siyasi yox, eyni zamanda milli yaddaş və mənəvi borc məsələsidir.
Sonra tədbir interaktiv formada sual cavab formatında davam etdi.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov, Qərbi Azərbaycan İcmasının məsul əməkdaşı Anar İrzaquluyev, Azərbaycan Dillər Universitetinin tələbəsi Dunay Mahmudova, Bakı Slavyan Universitetinin tələbələri Nihad Namazlı və Əli Məmmədov və Azərbaycan Universitetinin tələbəsi Adəm Quliyev çıxış edərək gənclər arasında maarifləndirmə təşəbbüsləri, sosial media kampaniyaları və beynəlxalq səviyyədə informasiya müharibəsində iştirak barədə danışdı. Suallar və çıxışlar zamanı həmçinin Ermənistanın apardığı etnik təmizləmə siyasətinə qarşı hüquqi və tarixi arqumentlərin gücləndirilməsinin zəruriliyini vurğulandı.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirildi.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

