/ / Azərbaycan dili milli kimliyin əsas daşıyıcısı və strateji dövlət siyasətinin mühüm tərkib hissəsidir
Azərbaycan dili milli kimliyin əsas daşıyıcısı və strateji dövlət siyasətinin mühüm tərkib hissəsidir
22.04.2025 [18:43]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Ana dili hər bir millətin varlığının təməl sütunlarından biri olmaqla yanaşı, heç vaxt unudulmayan, daim qürurla yad edilən ən qiymətli milli dəyərlərdən biridir. Zaman-zaman müxtəlif çətinliklər və repressiyalarla üzləşən Azərbaycan xalqı bütün bunlara rəğmən öz doğma dilinə sahib çıxmış, onu qorumağı bacarmışdır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyini müəyyənləşdirən başlıca faktordur. Cəmiyyətin yaranması və tərəqqisi ilə birgə formalaşan dil həm də xalqın mənəviyyatını və mədəni kimliyini əks etdirir. Ana dili insanın fərdi inkişafında mühüm rol oynayır və bu baxımdan dil hər bir cəmiyyətin ən əziz mənəvi sərvətidir. Xalqın keçmişi, mübarizəsi və ümumilikdə həyatı onun dili ilə ayrılmaz şəkildə bağlıdır. Tarix boyu milli adət-ənənələr, dəyərlər məhz dil vasitəsilə nəsillərə ötürülmüşdür. Hər bir xalqın dili onun milli kimliyini və etnik fərqliliyini ortaya qoyur. Dil eyni zamanda siyasi, mədəni və ictimai hadisələrlə sıx bağlı olaraq, bu sahələrdə baş verən dəyişiklikləri özündə əks etdirir. Bu baxımdan, dil tarixi müxtəlif mərhələlərə bölünür və bu mərhələlər həm daxili, həm də xarici amillərin təsiri ilə dəyişir. Qədim türk dillərindən olan Azərbaycan dili də bu dəyişikliklərdən keçmiş, tarixən zəngin mərhələlər yaşamışdır. Bütün dünya təcrübəsi sübut edir ki, millətin və dövlətin özünəməxsus dəyərləri əsasında formalaşan ana dili zamanla inkişaf edir və nüfuz qazanır. Azərbaycan dilinin də qədim tarixə söykənən formalaşma mərhələləri vardır. Türk dilləri içində ədəbi və ictimai mövqeyini möhkəmləndirərək inkişaf etmiş Azərbaycan dili bu zəngin irsin daşıyıcısıdır.
Azərbaycan dili öz xalqı ilə birlikdə inkişaf edərək müasir dövrdə çoxşaxəli və universal elm dili səviyyəsinə yüksəlmişdir. Gözəlliyi və ahəngi ilə seçilən bu dil keçmişimizi yaşadan və gələcəyə daşıyan nadir vasitələrdən biridir. Azərbaycan dili Altay dil ailəsinin oğuz qrupuna daxildir və qohum dilləri olan türk, qaqauz, türkmən dilləri ilə birgə bir çox ölkələrdə istifadə olunur. Hal-hazırda dünya üzrə təxminən 50 milyon insan Azərbaycan dilində danışır. Yazılı Azərbaycan dili XIII əsrdə formalaşmağa başlayaraq, XV-XVI əsrlərdə müstəqil ədəbi dil şəklində tam təşəkkül tapmışdır. O dövr böyük klassik şairlərimizin dilimizdə yazıb-yaratdıqları dövr olmuşdur. Azərbaycan dilinin təşəkkülündə qədim türk tayfalarının rolu olmuş, dilin ümumxalq forması isə VII-IX əsrlərdə formalaşmışdır. Müasir Azərbaycan dili qrammatik baxımdan türk dillərinin ümumi xüsusiyyətlərinə əsaslanır. Bu dil vasitəsilə mürəkkəb fikirləri incəliklə ifadə etmək mümkündür. Dilin lüğət bazasında türk mənşəli sözlər üstünlük təşkil etsə də, ərəb, fars, rus və Avropa dillərindən alınmış sözlər də mövcuddur. Dil xalqın yaratdığı dəyərdir, lakin onu yaşadan və inkişaf etdirən liderlər, böyük dövlət xadimləri olmuşdur. Dilin inkişafı onun statusu və istifadəsinin genişliyindən çox asılıdır. Dövlətlərin işğalı zamanı dil də zərər görür, sərhədləri məhdudlaşır, funksionallığını itirə bilər.
Müstəqillik illərində dil siyasətinə ciddi yanaşılmış, onun beynəlxalq sistemə inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu sahədə ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsdiq edilmişdir. 2001-ci ildə “Dövlət dilinin təkmilləşdirilməsi haqqında” fərman və eyni ildə imzalanan “Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə bağlı qərarlar dilimizin tətbiqi və qorunması sahəsində mühüm hadisələrdən olmuşdur. Həmin qərarla 1 avqust Azərbaycan əlifbası və dili günü elan olunmuş və latın qrafikalı əlifbaya keçid reallaşmışdır. Bu proses 2003-cü ildə qanunla dəstəklənmiş və dövlət tərəfindən maliyyələşdirilməsi təmin olunmuşdur. Cənab İlham Əliyevin 2004-cü ildə “Latın qrafikasında nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamla bu sahəyə olan diqqət bir daha təsdiq olunmuşdur. Bu nəşrlərin məktəb və kitabxanalara pulsuz paylanması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı əsasında dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri geniş şəkildə Azərbaycan dilində çap olunmuşdur. Bu addım milli dilimizin zənginləşdirilməsi və dünya mədəniyyətinə inteqrasiya baxımından böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixində imzaladığı sərəncamla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiqlənmişdir. Proqramın adından da göründüyü kimi, onun əsas məqsədi ana dilimizin hərtərəfli inkişafını təmin etmək və dil siyasətinə dair tədbirləri dövrün çağırışlarına uyğun şəkildə reallaşdırmaqdır. Sənəddə vurğulanır ki, proqram Azərbaycan dilinin dövlət səviyyəsində dəstəklənməsini artırmaq, onun qloballaşma dövründə funksional imkanlarını genişləndirmək və dilin cəmiyyətdəki rolunu möhkəmləndirmək məqsədi daşıyır. Bu dövlət proqramı dilimizin tətbiq sahələrinin genişləndirilməsi və inkişaf etdirilməsi baxımından böyük fürsətlər yaradır. Eyni zamanda, qloballaşma şəraitində müxtəlif dillərin qarşılıqlı təsirlərinin öyrənilməsi məsələsinə də xüsusi diqqət yetirilir. Bu isə Azərbaycan dilçiliyinin dünya elm məkanına daha sıx şəkildə inteqrasiyasını təmin etməklə, yerli dilçi alimlərimizin beynəlxalq nüfuzunu artırmağa şərait yaradır.
Azərbaycan dili zəngin yazılı və şifahi irsə malik, dünya dilləri arasında özünəməxsus yeri olan, tarixi yaddaşı yaşadan, dərin mənəvi potensiala sahib olan dildir. Bu dil hər bir vətəndaşın həm borcu, həm də milli kimliyini qoruma vasitəsidir. Biz dilimizi sevməli, onu qorumalı və gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

