Azərbaycan tarixi uğur mürəkkəbinə batırılıb yazılır
29.04.2025 [11:55]
Sahibə İbadlı,
YAP İmişli rayon təşkilatı Aparatının məsləhətçisi
Bu gün beynəlxalq müstəvidə Azərbaycan adı çəkiləndə qalib ölkə, qələbə yada düşür. Qazandığımız Tarixi Qələbənin sayəsində Beynəlxalq güclər də Qafqazda yürüdülən siyasətə görə Azərbaycan Respublikası ilə hesablaşmağın vacibliyini dərk etdi. Azərbaycanın uğurları günü-gündən dünyanın diqqətini çəkməkdədir. Ölkəmiz iqtisadi inkişaf göstəricilərinə görə qabaqcıl sıralarda yer alır və bu da hər il ardıcıl olaraq Beynəlxalq iqtisadi forumda öz əksini tapır. Prezident İlham Əliyevin öz çıxışlarında qeyd etdiyi Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! reallığı 44 günlük Vətən müharibəsində də özünü təsdiq etdi. Dövlət başçısının apardığı məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin dünyanın güclü dövlətləri sırasında öz yeri vardır.
Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq prinsiplərini rəhbər tutan Azərbaycan Çin Xalq Respublikası ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki respublika arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.
Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Belə ki, ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib.
Azərbaycanla Çin arasında diplomatik münasibətlər 1992-ci il, aprel ayının 2-də qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda, 1993-cü ilin sentyabr ayında isə Azərbaycanın Pekində səfirliyi açılıb.
Prezident İlham Əliyev, müsahibəsində, Azərbaycan-Çin əlaqələrinin tarixini və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsini vurğulayıb. Həmin bəyannamə ilə, iki ölkə arasında qarşılıqlı hörmət və etimad əsasında qurulan münasibətlər, həmçinin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərilən hörmətin təməl prinsipləri olaraq bəyan edilib. Prezident, bəyannamənin imzalanmasının həm Çin, həm də Azərbaycan üçün əhəmiyyətli bir tarix olduğunu və bu, yeni səhifə açmaqla yanaşı, daha da dərinləşəcək əməkdaşlıq üçün geniş perspektivlər yaradacağını bildirib.
Azərbaycan və Çin arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulmuşdur. Lakin münasibətlərin əsl canlanması 2000-ci illərin ortalarından etibarən baş vermişdir. 2005-ci ildən sonra, iki ölkə arasında müxtəlif sahələrdə imzalanan sazişlər, yüksək səviyyəli qarşılıqlı səfərlər və iqtisadi əməkdaşlıq layihələri bu münasibətlərin inkişafını sürətləndirmişdir. Çin Xalq Respublikasının 2015-ci ildə irəli sürdüyü "Bir Kəmər, Bir Yol" təşəbbüsünə Azərbaycan dərhal dəstək göstərmiş və bu çərçivədə fəal iştirak etməyə başlamışdır. Həmin dövrdən etibarən bu təşəbbüs Azərbaycan üçün yalnız iqtisadi inkişafın əsasını qoyan layihə deyil, həm də regionlararası əməkdaşlığın daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Prezident Əliyev müsahibəsində bu təşəbbüsün önəmini xüsusi vurğulamışdır. O qeyd edib ki, Azərbaycanın 2018-ci ildən etibarən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində oynadığı tranzit rolu, ölkənin logistik mərkəz kimi önəmini daha da artırmışdır. Xüsusilə,Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın bu sahədəki potensialını daha da gücləndirmişdir. Bu layihələr, həmçinin, "Bir Kəmər, Bir Yol" təşəbbüsünün Azərbaycan üçün nə qədər mühüm olduğunu göstərir.
Eyni zamanda, Azərbaycan Çinin təhsil sahəsindəki əməkdaşlığını da inkişaf etdirir. Prezident,İlham Əliyev iki ölkə arasında universitetlərarası əlaqələrin artması, xüsusilə Çin və Azərbaycan dillərinin öyrənilməsinə verdikləri önəmi qeyd edib. Bu sahədə təhsil müəssisələrinin əməkdaşlığı, qarşılıqlı mədəni zənginləşməyə və xalqların yaxınlaşmasına xidmət edir.
Azərbaycanın Çinə qarşı tətbiq etdiyi vizasız rejim, iki ölkə arasında turizm və işgüzar fəaliyyətin artmasına şərait yaradıb. Prezident, bu addımın iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə müsbət təsir edəcəyini vurğulayıb.
Çin 2024-cü ildə Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olmuşdur və 2025-ci ildə bu mövqe daha da möhkəmlənmişdir. Prezident Əliyev müsahibəsində qarşılıqlı sərmayələrin artdığını, xüsusilə kənd təsərrüfatı, enerji, texnologiya və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirildiyini qeyd etmişdir. Bu da Azərbaycanın Çinlə olan iqtisadi əlaqələrinin daha da inkişaf etməsinə imkan yaradıb. Çin ilə əməkdaşlıq çərçivəsində, Azərbaycanın ŞƏT-dəki dialoq tərəfdaşlığı da önəmli yer tutur. Azərbaycanın bu təşkilatda fəal iştirakı, həm regional, həm də beynəlxalq təhlükəsizliyin təmin olunmasına yönəlmiş mühüm layihələrin həyata keçirilməsini mümkün edir.
Əldə edilən uğurlar, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirir və ölkənin strateji tərəfdaşlıq siyasətinin mühüm hissəsini təşkil edir. İlham Əliyev, gələcəkdə Çin ilə olan bu əməkdaşlığın, həmçinin bəşəriyyətin ümumi dəyərlərinin təşviqinə xidmət edəcəyinə inandığını ifadə edib.
Xəbər lenti
Hamısına baxGündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55

