Azərbaycan - İran əlaqələri səmimi münasibətlər əsasında qurulub
30.04.2025 [19:15]
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Azərbaycan və İran xalqları əsrlər boyu mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar. Bu gün dövlətlərarası münasibətlər də məhz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana rəsmi səfər etməsi də əlaqələrin yüksək səviyyədə olmasının mühüm göstəricisidir.
Səfər zamanı Azərbaycan və İran Prezidentlərinin apardıqları danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər müzakirə edilib, Azərbaycan-İran strateji münasibətləri bir daha təsdiqlənib. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyirlər. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında da qeyd olunduğu kimi, istər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim ölkələrimizin nümayəndələri bir-birinin yanındadırlar. Ölkələrimiz bu gün geniş gündəlik əsasında fəaliyyət göstərirlər. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Əminliklə demək olar ki, qəbul edilmiş qərarlar Azərbaycan-İran əlaqələrini uzun illər bundan sonra da yüksələn xətlə aparacaq.
Təbii ki, Prezidentlərin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlər zamanı üçtərəfli əməkdaşlıq layihələri də ətraflı müzakirə olunub. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə onda iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda ölkəmiz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarını və infrastrukturunu genişləndirir. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün böyük sərmayə qoyuluşu layihələrinə başlanılıb.
Qeyd edək ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri fəaliyyət göstərir. Azərbaycan öz cənub qonşusu ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu üzərində qurulan, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir.
Bu faktı da qeyd edək ki, Azərbaycan ilə İran arasında ikitərəfli və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərlə yanaşı həm də Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur. Əminliklə demək olar ki, İran Prezidentinin Azərbaycana bu rəsmi dövlət səfəri də ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə və möhkəmlənməsinə önəmli töhfə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

