Müqavilə-hüquq bazası
05.05.2025 [17:23]
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Son dövrlərdə Azərbaycan və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb və bu, ölkələrimiz arasında qonşuluq və dostluq münasibətlərinin möhkəmlənməsinə, eləcə də ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə əlverişli imkan yaradıb.
Azərbaycan–İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın vaxtaşırı iclaslar keçirməsi və bu toplantılarda iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı məqsədilə zəruri layihələrin müzakirəsi də iki qonşu ölkə arasında mövcud sosial-iqtisadi əməkdaşlığı möhkəmləndirir, əlaqələri genişləndirir.
Məlum olduğu kimi aprel ayının 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etdi. Bu səfər iki ölkə arasında iqtisadi əhəmiyyəti ilə yanaşı, dostluq əlaqələrinin güclənməsinə xidmət edir. Dövlətlərarası münasibətlər hər iki ölkə tərəfindən uzun illərdir ki, möhkəm təməllər üzərində qurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. Bundan başqa 1992-ci ildə İranın Naxçıvanda Baş Konsulluğu, 2004-cü ildə isə Azərbaycanın Təbrizdə Baş Konsulluğu açılıb. Bütün bunlar hər iki ölkənin qarşılıqlı əlaqələrdə maraqlı olduğuna sübutdur. Növbəti səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü bu istiqamətdə yeni addımlarla yadda qalıb. Ölkə başçımız da vurğuladığı kimi bu gün aparılan danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət edilib, fikirlər bildirilib, Azərbaycan-İran strateji münasibətləri bir daha təsdiqlənib.
Qeyd edək ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyir. Elə növbəti görüş zamanı da bu məsələ yenidən gündəmə gəlib. Azərbaycan Prezidenti bununla bağlı xüsusi olaraq qeyd edib ki, bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcəkdə birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Hər iki ölkənin bu cür münasibətlərində həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq görüş zamanı Azərbaycan-İran arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər də verilib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. “Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır”,- bunları da görüş zamanı Azərbaycan Prezidenti qeyd edib.
Görüş zamanı diqqəti çəkən məqamlardan biri də gələcəkdə humanitar sahədə və mədəni əlaqələrin davam etməsi üçün hər iki ölkə başçısının qərarı ilə konkret göstərişlərin verilməsidir. Bununla bağlı İlham Əliyev deyib: “ Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Dövlət Komissiyasının sonuncu iclası 10-11 mart 2022-ci ildə Bakı şəhərində keçirilmişdir. Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev, İran tərəfindən isə İran İslam Respublikasının Yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşdır.
Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur.
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan və İran arasında indiyədək müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanmışdır.
Qeyd edək ki, Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

