Zirvə görüşü tarixi əhəmiyyətli hadisədir
26.05.2025 [21:25]
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasında yeni bir dövrün başlanğıcını xarakterizə edir. Bu görüş sadəcə ənənəvi görüşlərdən fərqli olaraq, türk dövlətləri arasında strateji əməkdaşlığın, qarşılıqlı anlaşmanın və inteqrasiyanın dərinləşdirilməsi baxımından önəmlidir. Budapeşt Zirvəsi qarşıdakı rəsmi sammitlərin səmərəli keçirilməsi üçün zəmin yaradır, türk dünyasının gələcək strateji prioritetlərinin formalaşmasına təsir göstərir. Türk Dövlətləri Təşkilatının gələcəkdə yalnız iqtisadi və humanitar sferada deyil, müdafiə və təhlükəsizlik sahələrində də mütəşəkkil və effektiv bir struktur kimi formalaşması strateji zərurətə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, türk dünyası bizim üçün doğma bir ailədir. Bu, təkcə siyasi mesaj deyil, Azərbaycanın uzunmüddətli inteqrasiya siyasətinin mahiyyətini ifadə edən prinsipial bir yanaşmadır.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirək olar. Zirvə görüşünün mövzusu “Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı özündə Türk Dövlətləri Təşkilatının əsas hədəfinin məhz Şərq və Qərb arasında körpü rolunu oynamaq olduğunu ehtiva edir. Təşkilatın fəal üzvü kimi Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu oynadığı reallıqdır. Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi, həmrəyliyi prioritet yer tutur. Ölkəmizin bu birliyə, həmrəyliyə verdiyi töhfələr davamlıdır.
2025-ci ildə Azərbaycanın Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi Zirvə görüşünə ev sahibliyi etməsi çox böyük siyasi, diplomatik və strateji əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın təşkilat daxilində artan nüfuzunun təzahürüdür. Azərbaycan son illərdə TDT-də fəallığı, təşəbbüskarlığı və uğurlu ev sahibliyi ilə seçilir. Ötən il Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü bu baxımdan nümunə idi. İndi isə rəsmi Zirvə görüşünə ev sahibliyi etməsi, Azərbaycanın təşkilat daxilində lider mövqeyini və strateji əhəmiyyətini daha da möhkəmləndirəcək. Qarabağ və Şərqi Zəngəzurun regional inteqrasiyaya açılması prioritetdir. Zirvə görüşünün Azərbaycanda keçirilməsi, xüsusilə post-münaqişə dövründə Qarabağ və ətraf bölgələrin Türk dünyası ilə iqtisadi, nəqliyyat və mədəni əlaqələrinin dərinləşdirilməsinə xidmət edəcək. Bu, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrin gündəlikdə olmasını da aktuallaşdırır. Azərbaycan bu Zirvə görüşü vasitəsilə təhlükəsizlik, enerji, nəqliyyat, rəqəmsal transformasiya və gənclər siyasəti kimi sahələrdə yeni təşəbbüslərlə çıxış edə bilər. Eyni zamanda, təşkilatın institusional inkişafı və beynəlxalq təsir gücünün artırılması müzakirə mövzusu olacaq. Azərbaycanın ev sahibliyi bu dəyərlərin təbliği üçün mühüm imkan yaradacaq.
Türk dövlətləri arasında mədəni və mənəvi bağların möhkəmləndirilməsi önəmli məsələdir. Bu gün türk dünyası təkcə, türk ölkələrini birləşdirən, yalnız türk coğrafiyasının problemlərini həll edən platforma deyil. Bu gün o, diqqətini TDT ölkələrinin bilavasitə yaxınlığındakı proseslərə yönəldən və bu coğrafiyada baş verənləri, xüsusən də Əfqanıstan və Yaxın Şərqdəki hadisələri əks etdirən möhkəm beynəlxalq platformadır.
Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və Türk dünyasının birliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu çıxış, Azərbaycanın Türk dünyası ilə əlaqələrinin inkişafına verdiyi önəmi və bu istiqamətdəki strateji baxışını bir daha nümayiş etdirmişdir.
Samirə Zeynalova,
YAP Tərtər rayon təşkilatının mühasibi
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

