Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə yeni bir dövrün əsasını qoyur
12.06.2025 [17:22]
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəltdi. Bu sənəd yalnızca strateji müttəfiqliyin hüquqi əsasını müəyyən etmədi, həm də regional və beynəlxalq sistemdə tarazlıq yaradan bir sənəd kimi tarixə düşdü. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin sadəcə dostluq və qardaşlıqdan ibarət olmadığını, artıq ortaq maraqlar və qarşılıqlı öhdəliklər üzərində qurulmuş sarsılmaz bir müttəfiqliyə keçdiyini rəsmi şəkildə bəyan etdi. Bu mühüm siyasi aktın məhz Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşada və Milli Qurtuluş Günündə imzalanması mühüm simvolik məna daşıyır. Həm tarixi Qars müqaviləsinə istinad, həm də azad edilmiş ərazilərdə bu cür əhəmiyyətli sənədin imzalanması, regionun gələcək taleyində Azərbaycanın və Türkiyənin birgə hədəf və niyyətlərini göstərir. Bu sənəd yalnız bu günün deyil, həm də gələcək onilliklərin yol xəritəsi kimi qəbul edilə bilər.
Şuşa Bəyannaməsi siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə çoxşaxəli əməkdaşlığı əhatə edir. Bu sənəddə tərəflər xarici siyasətdə əlaqələndirmənin gücləndirilməsinə, müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinə və strateji məsələlərdə ortaq mövqedən çıxış etməyə razılaşırlar. Beynəlxalq arenada ortaq maraqların müdafiəsi və regional təhlükəsizliyin təmin olunması üçün birgə səylərin artırılması sənədin vacib istiqamətlərindəndir. Bu, xüsusilə Ermənistanla bağlı məsələlərdə Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirməklə yanaşı, regionda sülh və əməkdaşlıq mühitinin qorunmasına xidmət edir.
Sənəddə mühüm yer tutan məsələlərdən biri də hərbi əməkdaşlıq və qarşılıqlı müdafiə məsələsidir. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə müdafiə sahəsində qarşılıqlı yardım öhdəliyi götürürlər. Bu, faktiki olaraq, hər hansı təhlükə və ya təhdid halında tərəflərin bir-birinin yanında olacağını hüquqi baxımdan təsdiqləyən sənəddir. Müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi birmənalı siyasi və mənəvi dəstək, bu bəyannamə ilə daha da institusional səviyyəyə daşındı.
Eyni zamanda, Şuşa Bəyannaməsi regional layihələr baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə Zəngəzur dəhlizi kimi strateji nəqliyyat marşrutlarının açılması və inkişaf etdirilməsi ilə bağlı müddəalar, yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük iqtisadi dividendlər vəd edir. Bu dəhliz Azərbaycanı Türkiyə vasitəsilə Avropaya, eyni zamanda Türk dünyasına birləşdirəcək, Orta Dəhlizin güclənməsinə töhfə verəcək. Bəyannamədə enerji təhlükəsizliyi məsələlərinə də geniş yer verilir. Cənub Qaz Dəhlizinin davamlılığı, enerji resurslarının şaxələndirilməsi və regional enerji infrastrukturunun möhkəmləndirilməsi əsas prioritetlərdən biridir.
Mədəni və humanitar sahələr də sənəddə diqqətdən kənarda qalmayıb. Təhsil, mədəniyyət, idman, gənclər siyasəti, informasiya və media sahələrində əməkdaşlığın gücləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Bu, iki xalq arasında milli-mənəvi birliyin daha da möhkəmlənməsinə və ortaq kimliyin formalaşmasına xidmət edir. Gələcək nəsillərin ortaq dəyərlər əsasında yetişməsi və Türk dünyası məfkurəsinin yayılması baxımından bu istiqamətlər mühüm rol oynayacaq.
Şuşa Bəyannaməsi ilə həmçinin, regional sabitliyə və təhlükəsizliyə qarşı yönəlmiş istənilən təhdidə qarşı ortaq reaksiya verilməsi prinsipial şəkildə ortaya qoyulur. Bu sənəd revanşist niyyətli dairələrə açıq və qəti mesajdır: regionda güc balansı dəyişib və Azərbaycan-Türkiyə birliyi artıq regionun gələcəyinə yön verən əsas aktordur. Türkiyə, bu sənədlə Azərbaycanın ərazi bütövlüyünün pozulması halında hərbi və siyasi olaraq onun yanında yer alacağını bütün dünyaya bəyan etmiş olur.
Beləliklə, Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasında imzalanmış bir sənəd deyil, həm də yeni geosiyasi nizamın təməl daşlarından biri hesab oluna bilər. Bu sənəd, iki dövlətin milli maraqlarının üst-üstə düşdüyünü, strateji hədəflərinin ortaq olduğunu, təhlükəsizlik və inkişaf məsələlərində birgə addım atmaq niyyətində olduqlarını sübut edir. İllər keçdikcə bu Bəyannamədən irəli gələn müddəaların sistemli şəkildə reallaşması iki ölkənin milli gücünün artmasına, regionda sabitliyin möhkəmlənməsinə və beynəlxalq aləmdə nüfuzlarının daha da güclənməsinə şərait yaradacaq.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

