Sarsılmaz dostluq, qarşılıqlı dəstək və inkişaf
07.07.2025 [20:13]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
İyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilmiş yüksək səviyyəli görüşlər, ikitərəfli sənədlərin imzalanması, eləcə də liderlərin verdiyi bəyanatlar bir daha göstərir ki, iki ölkənin münasibətləri regionda strateji tərəfdaşlığın və sarsılmaz qardaşlığın nümunəsidir. Həmin görüş bu dost dövlətlər üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, türk dünyasında inteqrasiyanın və qarşılıqlı dəstəyin konkret təzahürü kimi yadda qalıb.
2024-cü il avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” bu gün dövlətlərarası siyasi, iqtisadi və humanitar əməkdaşlığın möhkəm hüquqi bazasını formalaşdırır. Bu qarşılıqlı etimad, iki dövlət başçısının bir-birinə olan səmimi münasibəti və xalqlarımız arasında dərin tarixi köklər Azərbaycan–Özbəkistan münasibətlərində xüsusi məna kəsb edir. Məhz etimad və dostluq münasibətləri ikitərəfli əlaqələrin bütün sahələrdə daha da dərinləşməsinə şərait yaradır. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir: “Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.
Azərbaycan və Özbəkistan liderlərinin dəstəyi ilə ölkələrarası siyasi dialoq yüksək səviyyədə aparılır. Bu münasibətlər təkcə ikitərəfli deyil, həm də çoxtərəfli beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqla müşayiət olunur. İki ölkə Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı və digər qurumlar çərçivəsində bir-birinin mövqeyini fəal şəkildə müdafiə edir, regional sabitlik və təhlükəsizliyin təminatında ortaq mövqe nümayiş etdirirlər.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq son illərdə dinamik şəkildə genişlənməkdədir. Bir müddət əvvəl yaradılmış Birgə İnvestisiya Fondu artıq konkret layihələrlə təmin olunub. Hazırda 10-dan çox layihə üzrə investisiya qərarlarının qəbulu mərhələsindədir. Bu layihələr energetika, turizm, tikinti, kənd təsərrüfatı və sənaye sahələrini əhatə edir. Fondun 500 milyon dollarlıq nizamnamə kapitalı tərəfdaşlığın miqyasını göstərsə də, ölkələrin planları bu rəqəmi bir neçə dəfə üstələyəcək səviyyədədir. Məbuata bəyanatında Prezident İlham Əliyev vurğulayıb ki, Özbəkistana investisiyalar bizim üçün prioritetdir: “Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.
Azərbaycan və Özbəkistan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində nəqliyyat-logistika sahəsində də sıx əməkdaşlıq edir. Görüş zamanı bu məsələ geniş müzakirə edilib və liderlər nəqliyyat infrastrukturunun genişləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycan tərəfi Mərkəzi Asiya regionundan Qərbə yönəlmiş yüklərin qəbuluna hazırdır və bu məqsədlə liman, dəmir yolu və digər infrastruktur imkanlarını gücləndirir. Nəqliyyat siyasətində çoxtərəfli əməkdaşlığın əhəmiyyəti də vurğulanıb.
Kənd təsərrüfatı əməkdaşlığı, xüsusilə pambıqçılıq və ipəkçilik sahəsində təcrübə mübadiləsi hər iki ölkə üçün aktual və perspektivli sahə kimi dəyərləndirilir. Özbək şirkətlərinin bu sahədəki uğurlu təcrübəsi dövlətimizin üçün faydalıdır. Həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı məhsullarının emalı üzrə iri müəssisələrin yaradılması planlaşdırılır ki, bu da ərzaq təhlükəsizliyi və ixrac imkanlarının genişlənməsinə xidmət edəcək.
Qarabağ bölgəsinin bərpasında xarici dövlətlər arasında ilk yardım edən ölkə məhz Özbəkistandır. Füzuli rayonunda tikilmiş Mirzə Uluqbəy adına məktəb bu yardımların rəmzi olaraq qiymətləndirilir. Bununla yanaşı, Xankəndidə yaradılmış tikiş fabriki artıq 200-dən çox insanın məşğulluğunu təmin edir. Bu layihələr yalnız maddi deyil, həm də mənəvi dəyəri ilə seçilir.
Səfər zamanı ölkələr arasındakı münasibətlərin daha bir təzahürü olaraq Özbəkistanın yeni səfirlik binası və Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimləri keçirilib. “Ağ Şəhər” layihəsi çərçivəsində 5 hektarlıq ərazidə salınacaq bu park həm yerli əhali, həm də turistlər üçün istirahət məkanı olmaqla yanaşı, Azərbaycan–Özbəkistan qardaşlığının əbədi xatirəsinə çevriləcək.
Uzun illərdən bəri inkişaf edən Azərbaycan–Özbəkistan diplomatik münasibətləri ortaq mədəniyyət, dil, din və tarix kimi birləşdirici amillər üzərində qurulub. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qruplar, ali siyasi rəhbərlik arasında intensiv dialoq və strateji sənədlər münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir.
İki ölkənin humanitar əlaqələri də gündən-günə genişlənir, mədəniyyət, təhsil, elm və gənclər siyasəti sahələrində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycandakı Özbək Mədəniyyət Mərkəzi bu istiqamətdə vacib platformalardır.
Beləliklə, Bakıda keçirilmiş görüşlər və imzalanmış çoxsaylı sənədlər bir daha göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər təkcə ikitərəfli deyil, regional əməkdaşlıq üçün də strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Türk dünyasının inteqrasiyası, Orta Dəhliz vasitəsilə Avrasiya ticarət yollarının canlandırılması, enerji təhlükəsizliyi və humanitar dəyərlərin təşviqi baxımından örnəkdir.
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12

