Müstəqil strateji kurs uğurla davam etdirilir
18.07.2025 [17:34]
18 iyul 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqil strateji kurs uğurla davam etdirilir” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətləri fonunda qlobal siyasi və iqtisadi meyilləri dəqiq qiymətləndirməyi bacaran, onları xalqının və dövlətinin mənafeyi naminə mahir şəkildə yönləndirən şəxsiyyətlər dövlətçilik tarixində silinməz iz buraxırlar. Azərbaycan tarixində bu fenomen şəxsiyyətin adı ümummilli lider Heydər Əliyevlə bağlıdır.
G.Bayramov həmçinin bildirib ki, müstəqilliyimiz dönməz və əbədidir. Bu gün sürətli inkişaf yolunda inamla addımlayan, tarixi Zəfər zirvəsinə ucalan Azərbaycan regionun lider dövlətinə çevrilib.
Dövlətimizin başçısı Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz qarşıdakı dövrlərdə də yeni-yeni böyük nailiyyətlər, qələbələr əldə edəcəkdir.
Tədbirdə, həmçinin Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov, Gəncə -Daşkəsən Regional Gənclər və İdman İdarəsi Samux rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev və Qarayeri qəsəbə uşaq bağçasının müdiri Mahirə Məmmədova çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, intellektual potensialının və xalqına olan sonsuz sevgisinin bəhrəsi olduğunu bildiriblər. Onun həyat yolunun, dövlətçilik təfəkkürü və xidmətlərinin yalnız Azərbaycanın deyil, bütün regionun tarixində dərin iz buraxdığını diqqətə çatdırıblar. Qeyd ediblər ki, bu gün müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Avropa Azərbaycanı ən etibarlı tərəfdaş hesab edir. Cənab Prezidentin mötəbər sammitlərdə, konfranslarda çıxışı, irəli sürdüyü təkliflər, bir daha göstərir ki, Prezidenti İlham Əliyev təkcə regional məsələlərdə deyil, qlobal proseslər zamanı da qətiyyətli və ədalətli mövqe nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

