Cənubi Qafqaz sabitlik məkanı olacaq
26.07.2025 [20:31]
İyulun 19-da Xankəndində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu bu dəfə də iştirakçıların sayı və nüfuzuna, əhatə etdiyi mövzulara görə yadda qaldı. Lakin tədbirə özəllik qatan əsas faktor Prezident İlham Əliyevin orada iştirakı və ona ünvanlanan sualları maraqlı, səmimi və dərin məna kəsb edən fikirlərlə cavablandırması idi.
Azərbaycan Prezidenti qlobal informasiya məkanında geniş fikrin formalaşmasında fəal rol oynayan çoxsaylı peşəkar media mənsubları ilə bir araya gəlməklə informasiya açıqlığını, mediaya hörmət və xüsusi etimadını nümayiş etdirdi.
O, bir daha sübut etdi ki, media orqanları ilə səmimi dialoqa, şəffaf təmasa və daimi inkişaf edən əməkdaşlığa xüsusi önəm verir, faydalı media formatı ortamı yaradır. Məhz bunun nəticəsidir ki, bu ilki Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndələri qatılıb.
Qlobal Media Forumunun uzun illər qanunsuz erməni rejiminin mərkəzi sayılan Xankəndi şəhərində keçirilməsi isə tarixi fürsət və xarici qonaqların bölgədə aparılan möhtəşəm quruculuq işləri ilə tanış olması baxımından cəlbedici imkan sayıla bilər.
Prezident İlham Əliyev ilk növbədə, 30 il əvvəlki Azərbaycanla müasir Azərbaycan arasındakı fərqə diqqət çəkdi və bu da təsadüfi deyildi. Dövlət başçısı birinci Qarabağ müharibəsində Azərbaycanın çoxsaylı qurbanlar verməsini, 700 min nəfərin Qarabağ regionundan, 250 min nəfər azərbaycanlının isə Ermənistandakı əzəli torpaqlarından didərgin düşməsini, o zaman yaranmış acınacaqlı durumu ümumi təsvir edərək yenicə müstəqillik əldə etmiş kiçik bir dövlətin beynəlxalq səviyyədə haqlarının ümumiyyətlə eşidilmədiyini, çarəsizliyinin tablosunu təsvir etdi.
Pulu olmayan, xəzinəsi boş bir dövləti demək olar ki, heç kim dəstəkləmirdi. İqtisadiyyatın dağılması, min faizlik inflyasiya, kütləvi işsizlik, yoxsulluq, sosial böhran şəraitində torpaqları işğal edilmiş bir dövləti ATƏT-in Minsk qrupu kimi ədalətsiz qurum təzyiq altında saxlayır, təkəbbürlü bəyanatlar verərək Ermənistanın tərəfini tutmaqla işğalın əbədiləşməsinə çalışırdı.
Ancaq Ulu Öndər Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra yeni Azərbaycan quruculuğu yolunda qətiyyətli addımlar atması, dövlətin iqtisadi-siyasi potensialının güclənməsi istiqamətində apardığı irimiqyaslı islahatlar və bu fəaliyyətlərin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi yalnız bir ali məqsədə - işğal altında olan ərazilərin Ermənistanın işğalından azad edilməsinə, o cümlədən Azərbaycan xalqının rifahına xidmət edirdi.
Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra, ədaləti bərpa edərək 44 günlük şanlı tarixlə nəyinki regionda, hətta ondan xeyli kənarda yeni reallıqlar yaratdı. Həm İrəvan, həm də havadarları, eyni zamanda, Minsk qrupu bu reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Azərbaycanın tarixi və şanlı Qələbəsi göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır.
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə dair suallara Prezident İlham Əliyevin cavabı isə çox dəqiq və konkret oldu. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması əsas legitim şərtlərdir. Bu proses geri dönməz xarakter alıb və İrəvan üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yalnız bundan sonra Cənubi Qafqaz sabitlik və əməkdaşlıq məkanına çevrilə bilər.
“Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq”.
Prezident İlham Əliyev Forumda dünya siyasi liderləri üçün də maraq doğuran dəyərli fikirlər səsləndirdi, yürütdüyü siyasətin təməl prinsiplərinin xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquqa əməl etmək kimi prinsiplərini bəyan etdi. Bu uğur düsturunun əsas meyarı isə İlham Əliyevin prezident vəzifəsində əldə etdiyi çoxillik əvəzsiz təcrübə ilə bağlıdır.
Azərbaycan Prezidentinin Xankəndi mesajlarından biri də “Böyük Qayıdış”ın təntənəsi ilə bağlı oldu. Dövlət başçısının vurğuladığı kimi, görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Ümumi götürdükdə, Qarabağ və Şərqi Zəngəzurda nəhəng infrastruktur və məskunlaşma planları nəzərdə tutulduğundan da sürətlə aparılır. Bu isə bir daha onu göstərir ki, Ali Baş Komandan vəd etdiyi “Qarabağ, Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” vədinin böyük hissəsini artıq yerinə yetirib.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

