ATƏT-İN MİNSK QRUPUNUN FƏALİYYƏTİNƏ VAŞİNQTONDA SON NÖQTƏ QOYULDU
16.08.2025 [17:23]
2025-ci ilin avqustun 7-8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işküzar səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından böyük əhəmiyyəti vardır. Bu məsələlərin hər biri haqqında xeyli sayda məqalələr yazmaq və hesabatlar, mühazirələr hazırlamaq olar. Bu yazıda mən ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması məsələsinə toxunmaq istərdim.
ATƏT-in Minsk Qrupu Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağa Ermənistanın iddiası səbəbindən Azərbaycanla Ermənistan arasında baş verən münaqişənin sülh yolu ilə həlli məqsədi ilə 1992-ci ildə yaradılmışdı. Lakin mən hələ indiyə qədər dünyada mövcud olan hansısa dövlətlərarası münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsi ilə, vasitəçilərin köməyi ilə həll olunduğunun şahidi olmamışam. Elə götürək sonuncu ən böyük problemlərdən biri olan İranın nüvə proqramının dayandırılması ilə bağlı aparılan danışıqları. 2015-ci ildə İranla 5+1 formatında (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya) danışıqları müvəffəqiyyətlə başa çatsa da, bu razılaşmanın ömrü cəmi bir-iki il çəkdi. Prezident D.Tramp hakimiyyətə gələn ABŞ birtərəfli qaydada sazişi dondurdu və bu yaxınlarda İran həmin proqramı yenidən davam etdirmək istədikdə 12 günlük İsrail-İran müharibəsi baş verdi. Məsələ burasındadır ki, indinin özündə də İranın nüvə proqramının dondurulması məsələsində dünyanın aparıcı dövlətlərinin fikir ayrılığı və fərqli maraqları vardır. Məhz buna görə də həmin saziş qüvvədə qala bilmədi və 12 günlük müharibə baş verdi. İsrail-Fələstin, Ukrayna-Rusiya münaqişələri ilə də eyni fikirləri söyləmək olar.
İndi isə keçək Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə kömək etməli olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə. Məsələ burasındadır ki, yarandığı ilk gündən etibarən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin arasında bir çox məsələlərdə fikir ayrılığı olduğuna görə, Dağlıq Qarabağ məsələsinin həllində onlar ortaq məxrəcə gələ bilmədilər. Bu səbəbdən danışıqlar prosesi 1992-ci ildən 2020-ci ilə qədər uzana-uzana gedirdi. Ola bilər ki, biz sadəlövhcəsinə indiyə qədər elə düşünmüşdük ki, həmsədrlər bir araya gəlib Ermənistanı məcbur edəcəklər ki, işğalçılıq siyasətindən əl çəksin və işğal altında olan torpaqları azad etsin. Minsk Qrupu bunu heç vaxt edə bilməzdi. Ən azından nə Fransa, nə Rusiya, nə də ABŞ Azərbaycana görə Ermənistanla münasibətini korlamaq istəmədiyinə və bu məsələdə hansısa maraq güddüklərinə görə vaxtı uzadırdılar. Biz Minsk Qrupunun indiyəqədərki fəaliyyətinə nəzər saldıqda aydın şəkildə görürük ki, həmin qurum ən azından son 28 ildə Azərbaycanla Ermənistan arasında vasitəçilik edərək yüz dəfələrlə bölgəyə səfər edib, problemin həllinə dair saysız-hesabsız variantları müzakirə edib, tərəfləri ortaq məxrəcə gətirməyə çalışsa da, buna nail ola bilmədi, problemin sülh və danışıqlar yolu ilə həllinə nail ola bilmədi. 2020-ci ilin iyulun 12-16 tarixində Tovuzda Ermənistanın təxribatından sonra da ATƏT-in Minsk Qrupu ağzına su alıb oturdu, tərəflərin bir-birinə nə vaxt hücum edəcəyini gözlədi. Bu qurum Ermənistan rəhbərliyinin açıq şəkildə təcavüzkar və işğalçılıq siyasətini davam etdirdiyinin şahidi olsa da, yenə susdu.Bax beləcə 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlandı. Azərbaycan 44 günlük müharibə nəticəsində döyüş meydanında düşməni məğlub edərək tarixi torpaqlarını geri qaytardı.
Minsk Qrupu da yarandığı gündən indiyəqədərki fəaliyyətinə qədər müsbət uğurlu nəticə əldə edə bilmədi və diplomatiya tarixində faydasız və səmərəsiz danışıqlar aparan qurum kimi yadda qaldı.
Son nəticədə 2025-ci ilin avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda gedən danışıqlar və imzalanan bəyanna nəticəsində ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 ölkədən biri olan ABŞ-ın paytaxtı Vaşinqton şəhərində hər şeyi öz adı ilə çağırılmaqla ATƏT sədrindən ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər kimi fəaliyyətlərinə son verilməsi haqda Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən müraciət qəbul olundu. Bu, Azərbaycan diplomatiyasının qələbəsi idi.
QAFAR ƏLİYEV,
YAP QARADAĞ RAYON TƏŞKİLATININ SƏDRİ
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

