Prezidentin Türkmənistan səfəri: Azərbaycan Mərkəzi Asiya üçün yeni eranı başladır
28.08.2025 [20:12]
Azərbaycanla Türkmənistan bir ağacın iki qoludur, yəni dost və qardaş dövlətlərdir. Ölkələrimizi tarixdən gələn ənənələr və dəyərlər birləşdirir. Müstəqillik illərində isə hər iki ölkənin güclü iradəsi nəticəsində qarşılıqlı əlaqələr daha da möhkəmlənib. Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri, səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir.
İkinci Qarabağ müharibəsindən sonra, təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada siyasi nizamın formalaşması istiqamətində mühüm siyasi addımlar atılır. Artiq Cənubi Qafqaz və Mərkəzi Asiya siyasi -iqtisadi, nəqliyyat və enerji sahəsində birgə mərkəz rolunda çıxış edir. İki regionun birləşməsi, Xəzər regionunu formalaşmasına gətirib çıxarır.
Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşma protokolunun imzalanması iki xalq arasında tarixi qardaşlıq əlaqələrinin rəmzi ifadəsi kimi dəyərləndirilir.
Türkmənistanın hədiyyəsi olaraq Füzulidə məscidin inşası barədə razılaşma isə xalqlarımızın dini-mənəvi dəyərlər əsasında yaxınlığını daha da gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkmənistan xalqları dini, milli, mənəvi baxımdan əsrlərdir ki, bir-birinə bağlıdırlar və bu gün həmin ənənələr dövlətlərarası münasibətlər səviyyəsində davam etdirilir.
Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək və qarşılıqlı münasibətlərimizin inkişafında yeni mərhələnin əsasını qoyacaq.
Azərbaycan Prezidentinin səfəri çərçivəsində Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə imzalanan sənədlər həm də iki region arasında geosiyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafına güclü təkan verir.
Bu kontekstdə yanaşsaq, Türkmənistan, Azərbaycan və Özbəkistan arasında razılaşdırılan nəqliyyat-logistika memorandumu region üçün strateji əhəmiyyət daşıyır. Bakı və Türkmənbaşı limanlarının imkanlarının birləşdirilməsi, dəmir yolu xətlərinin inteqrasiyası, tranzit və bərə daşımalarının inkişafı "Böyük İpək Yolu"nun bərpasına xidmət edir. Bu, həm region ölkələrinin iqtisadiyyatını gücləndirəcək, həm də Avropa ilə Asiyanı birləşdirən yeni ticarət marşrutlarının daha səmərəli işləməsinə şərait yaradacaq.
Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur.
Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.
Xüsusi vuğulamaq lazımdır ki, Türkmənistan Prezidentinin və bütün türkmən xalqının adından Prezident İlham Əliyevə “Axaltəkə” atının hədiyyə olunması isə münasibətlərin dostluq və qarşılıqlı etimad müstəvisində inkişaf etməsinin təzahürüdür.
Türk dövlətləri Təşkilatının üzvlərinin aktiv siyasi əməkdaşlığı inkişaf etdirməsi təhlükəsizlik çağırışlarını düzgün qiymətləndirməsindən irəli gəlir. Cənubi Qafqaz və Mərkəzi Asiyanın siyasi birləşməsində Türkiyə və Azərbaycan prezidentlərinin mühüm rolu var. Təbii ki, Azərbaycan prezidenti İlham Əliyevin regionda apardığı siyasət Ermənistanla sülh istiqamətində mühüm irəliləyişlərin əldə edilmesi, yeni siyasi proseslərin başlanmasına səbəb oldu.
Xüsusilə, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması, regional transformasiyanı gücləndirir. Bununla yanaşı, prezident ABŞ siyasətini Cənubi Qafqaza yönləndirməklə, regionda balansın yaradılmasına nail oldu.
bu səfərdə razılaşdırılan əsas layihələrdən biri Lapis-Lazuri dəhlizinin Zəngəzur dəhlizinə qoşulması və Cənub -Şərqi Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat marşrutu olacaq.
Demək olar ki, Türkmənistan son 30 ildə öz enerji qaynaqlarını birbaşa Qərbə çıxarmağa və quru əlaqəsinə malik ola biləcək. Xüsusilə, Azərbaycan prezidentinin Türkmənistana səfəri və əldə olunmuş razılaşmalar Avropa İttifaqı və ABŞ -ın birbaşa dəstək verdiyi mühüm səfər idi. Eyni zamanda, Mərkəzi Asiya və Cənubi Qafqaz eyni region olaraq beynəlxalq iqtisadi- nəqliyyat və enerji mərkəzi rolunda çıxış edəcək.
Bu səfər bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıqda təşəbbüskar mövqeyini qoruyur, xüsusilə Mərkəzi Asiya ölkələri ilə yeni strateji tərəfdaşlıq formatları quraraq enerji, nəqliyyat və təhlükəsizlik sahələrində çoxtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Nəticə etibarilə görüşün məzmunu həm regional sabitliyə, həm də qlobal nəqliyyat və enerji xəritəsinə mühüm təsir göstərə biləcək addım kimi dəyərləndirilə bilər.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

