/ / ADNSU və YAP Nəsimi rayon təşkilatı tərəfindən birgə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
ADNSU və YAP Nəsimi rayon təşkilatı tərəfindən birgə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
26.09.2025 [16:36]
Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ADNSU və YAP Nəsimi rayon təşkilatı tərəfindən birgə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl ADNSU-nun şəhid məzunlarının adını daşıyan auditoriyalar və şəhidlər üçün ucaldılmış abidə kompleksi ziyarət olunub, onların xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, xalq və ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən danışıb. O, vətənin azadlığı uğurunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin böyük ehtiramla anıldığını vurğulayıb və onların göstərdiyi qəhrəmanlığın gənclər üçün ən böyük vətənpərvərlik nümunəsi olduğunu bildirib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək vurğuladı ki, 27 sentyabr – Anım Günü – təkcə şəhidlərimizin qəhrəman xatirəsini yad etmək deyil, həm də Vətən Müharibəsində qazanılan bu möhtəşəm Zəfərin beynəlxalq hüququn əsas prinsipləri ilə necə uyğunlaşdığını, necə ədaləti bərpa etdiyini vurğulamaq üçündür. Bu Zəfər beynəlxalq hüququn qorunması ilə birgə, Azərbaycanın milli ləyaqətinin və qüdrətinin sübutudur.
Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov çıxışında Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsindən söz açaraq, 27 Sentyabr tarixinin gələcək nəsillərə ötürülən mühüm mesaj olduğunu diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin, 44 günlük Vətən müharibəsinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib, şəhid valideynləri çıxış edərək xatirələrini bölüşüblər. Bədii hissədə ADNSU tələbələri şəhid analarına həsr olunmuş “Salam şəhid anası” adlı şeiri səsləndiriblər.
Sonda universitetin qazi tələbəsi Kamran Şamil oğlu Babayev çıxış edərək Vətən uğrunda aparılan mübarizədən, əbədi qələbədən söz açıb və öz təəssüratlarını bölüşüb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

