Qaradağ rayonunda “27 Sentyabr – Zəfər Gününün başlanğıcı” adlı dəyirmi masa keçirilib
26.09.2025 [17:13]
YAP Qaradağ rayon təşkilatı və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar “27 Sentyabr – Zəfər Gününün başlanğıcı” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin, rayon Ağsaqqallar Şurasının, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının nümayəndələri, çəhid ailələrinin üzvləri, qazilər və partiya fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Lökbatan qəsəbəsində yerləşən abidəsi önünə gül dəsətələri düzərək dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dəyirmi masada Ümumilli lider Heydər Əliyevin və ərazilərimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbiri açaraq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycan xalqının çoxəsrlik tarixinə ekskurs edərək beş il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin çanlı tariximizin ən parlaq səhifələrindən biri olduğunu qeyd edərək bu tarixin hər bir səhifəsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacib olduğunu bildirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir iradəsi və Ordumuzun igidliyi sayəsində böyük Zəfərlə başa çatan bu Qələbənin Milli Ordumuzun əsgər və zabitlərinin, şəhidərimizin, qazilərimizin şücaəti sayəsində əldə olunduğunu qeyd edib. O, daha sonra İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsinin ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açdığını, 30 illik işğalın artıq arxada qaldığını, ölkəmizdə genişmiqyaslı quruculuq, abadlıq işləri aparıldığını və tarixi nəticələrin də göz qabağında olduğunu deyib. YAP rayon təşkilatnın sədri İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrinin bütün dünya tərəfindən qəbul edildiyini qeyd edib və bu şanlı tarixin gənc nəslə çatdırılmasının əlaqədar qurumlar qarşısında mühüm vəzifə kimi qouduğunu da bildirib.
Tədbirdə digər çıxış edənlər: Şəhid Teymur Turanın atası Yavus Rəsulov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, “Qarabağ və Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov və Vüqar Əsədov adına körpələr evi/uşaq bağçasının müəllimi Türanə Qasımova bildiriblər ki, xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur, şəhidlərin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşır. Sentyabrın 17-18-də YAP Qaradağ rayon təşkilatının şəhid ailələrinin, qazilərin və partiya fəallarının iştirakı ilə Laçın, Şuşa və Xankəndi şəhərələrinə təşkil etdiyi ikigünlük səfərin əhəmiyyətini yüksək qiymətləndirən çıxışçılar bu səfər nəticəsində azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işləri ilə şəxsən tanış olduqlarını, bununla böyük qurur hissi keçirdiklərini xüsusi vurğulayıblar.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10

