Türk birliyinin güc simvolu
09.10.2025 [16:31]
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” devizi altında baş tutan sammiti türk dünyasının birliyinin və strateji tərəfdaşlığının möhkəmlənməsində mühüm mərhələ oldu. Türk geosiyasətinin mərkəzinə çevrilən Azərbaycan bu gün əməkdaşlığın yeni modelini formalaşdırır. Türk Dövlətləri Təşkilatı yalnız mədəni platforma deyil, sülhün, dayanıqlı inkişafın və ortaq məsuliyyətin güclü beynəlxalq tribunasına çevrilib. 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən XII sammit Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni mərhələ açdı – məsləhətləşmə formatından ümumi tarix, dil və geosiyasi maraqlarla birləşən ölkələri əhatə edən tamhüquqlu beynəlxalq struktura çevrildi.
İlkin mərhələdə mədəni və iqtisadi əməkdaşlıq meydanı kimi formalaşan TDT bu gün Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada siyasi konsolidasiyanın və iqtisadi yüksəlişin mühüm mexanizminə çevrilib. Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf mərhələsi göstərir ki, Türk dünyasının inteqrasiyası strateji reallıqdır. Azərbaycan bu reallığın əsas memarı və lokomotiv gücü kimi çıxış edir. Qlobal miqyasda yeni güc bölgüsünün formalaşdığı bir dövrdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından sıx inteqrasiyası Avrasiyada balans yaradan yeni geosiyasi qütb kimi çıxış edə bilər. Gələcək onillikdə TDT-nin hədəfi yalnız türkdilli dövlətlərin maraqlarını qorumaq deyil, həm də beynəlxalq münasibətlər sistemində sabitlik, dialoq və inkişaf üçün nümunəvi model yaratmaq olmalıdır.
Siyasi baxımdan isə sammit Türk Dövlətləri Təşkilatının təkcə iqtisadi layihələr üzərində deyil, sülh və təhlükəsizlik mexanizmlərinin qurulması istiqamətində də dərinləşdiyini göstərir. Bu istiqamətdə birgə hərbi təlimlərin keçirilməsi, ortaq müdafiə sənayesi layihələrinin hazırlanması və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə mövzularına daxildir.
Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən vurğulanan əsas məqamlardan biri TDT-nin yalnız əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşmasıdır. Bu təşkilatın beynəlxalq nüfuzunun artması türk dövlətlərinin ortaq tarixi, etnik və milli-mənəvi dəyərlərinin bir ailə kimi birləşdirici gücünü göstərir.
Türk Dövlətləri Təşkilatı bu gün üçün siyasi həmrəylik platforması, sabah üçün isə qlobal güc mərkəzi ola bilər. Bu yolda liderlik, iradə və strateji baxış artıq formalaşıb, indi isə həmin baxışı ortaq siyasi və iqtisadi reallığa çevirmək dövrüdür. Bu yol həm də türk xalqlarının əsrlərlə arzuladığı birlik ideyasının reallaşması deməkdir. Türk Dövlətləri Təşkilatının inkişaf xətti göstərir ki, bu birlik yalnız tarixi-mədəni bağlılıqlara əsaslanmır, həm də gələcəyin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında real güc mərkəzi formalaşdırır və XXI əsr türk dövlətlərinin qlobal miqyasda söz sahibinə çevrildiyi əsr olacaq. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” devizi altında baş tutan sammiti türk dünyasının birliyinin və strateji tərəfdaşlığının möhkəmlənməsində mühüm mərhələ oldu.
Azərbaycanın təşəbbüskarlığı, strateji mövqeyi və qlobal səviyyədə nüfuzu, TDT çərçivəsində həyata keçirilmiş bütün layihələr və gələcək planlar göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız regional əməkdaşlıq platforması deyil, həm də qlobal arenada söz sahibi olan, geosiyasi, iqtisadi və mədəni sahələrdə birliyini nümayiş etdirən mötəbər təşkilata çevrilmişdir. Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşü türk dünyasının həmrəyliyinin, birliyinin və gələcəyə yönəlmiş strateji baxışının simvolu kimi tarixdə mühüm yer tutacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

