Şabranlılar sabitliyə səs verəcəklər
03.10.2013 [10:20]
Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayon ziyalıları və Dəvəçi kənd sakinləri ilə növbəti görüşlər keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov ölkəmizin vacib bir siyasi proses ərəfəsində olduğunu deyib. Bu prosesdə hər bir vətəndaşın fəallıq göstərməsinin zəruri olduğunu bildirən Mehdi Balabəyov əlavə edib ki, seçkilərdə cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir: “Müasir Azərbaycan dövlətinin əsas məqsədlərindən biri XXI əsrin ikinci onilliyində Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər açan milli inkişaf konsepsiyasının əsas məzmunu ölkəni irəliyə aparmaq, cəmiyyəti inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdan ibarətdir. Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur.
Azərbaycan Respublikası ötən 20 ildə siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaradıb. Respublikamız, eyni zamanda, bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi güc mərkəzi modelini yaradıb. Hazırda Azərbaycan qarşıdakı onilliyin inkişaf ssenarilərini hazırlayır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası da buna əyani sübutdur. Bununla Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaq. İqtisadi inkişafın innovativ xarakterli rəqabətədavamlılığını yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaq. Məhz elə buna görə də, biz hamılıqla cənab İlham Əliyevə səs verməliyik”.
Görüşlərdə çıxış edən millət vəkili Tahir Süleymanov bildirib ki, ötən dövr ərzində aqrar sahədə çox böyük uğurlar əldə olunub: “Bu gün ölkədə əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təminatı, ölkənin kənd təsərrüfatı məhsullarının idxalından asılılığını tam aradan qaldırmaq aqrar sahədə yeni inkişaf modelinin müəllifi olan Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Ona görə də, qətiyyətlə söyləyirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi daha təhlükəsiz və təminatlı gələcəyə doğru aparır. Dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş texniki və maliyyə dəstəyi davam edir. Beynəlxalq maliyyə təşkilatları ilə birlikdə regionlarda layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan vəsaitlərin, dövlət büdcəsindən kənd təsərrüfatına birbaşa yardımların və kəndlərdə infrastrukturun yaradılmasına yönəldilən investisiyaların həcmi cənab Prezidentimiz tərəfindən ildən-ilə artırılır. Şabranlılar da bunu görür və ona görə də, 9 oktyabrda cənab Prezidentə öz dəstəklərini nümayiş etdirmək əzmindədirlər”.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü akademik Nizami Xudiyev bildirib ki, Azərbaycanda aparılan təhsil islahatları elmi-nəzəri əhəmiyyəti ilə yanaşı, ilk növbədə, düzgün metodoloji özülü ilə fərqlənir: “İslahatın başlanğıc mərhələsində Ulu öndər Heydər Əliyev onu xarakterizə edərək qeyd etmişdir ki, “indi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanda təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın”. Göründüyü kimi, bu fikir özünün konseptuallığı ilə bütün təhsil pillələrinin, o cümlədən, ümumi təhsilin üzərinə ciddi vəzifələr qoyub. Ötən dövr ərzində ümumi təhsil sahəsində keyfiyyətli islahatyönümlü işlər aparmaq üçün birinci növbədə real vəziyyətin meydana çıxarılması, ümumi durumun qiymətləndirilməsi vacib hesab edilib. Həmin işlər bu gün də davam etməkdədir. Bu gün təhsilimiz inkişaf edir, irəliləyir. Məhz təhsil sahəsində aparılan bu islahatlar Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir”.
Oktay
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25

