“Biz İlham Əliyevə səs verməklə öz gələcəyimizə səs verəcəyik”
03.10.2013 [10:29]
Bu fikirlər Tərtər rayonunun Kəngərli, Bayandurlu, Xoruzlu və Kəbirli kəndlərində keçirilən görüşlərdə bir daha bəyan edilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Tərtər rayonu üzrə seçki qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər davam edir. Bu istiqamətdə növbəti görüşlər rayonun Kəngərli, Bayandurlu, Xoruzlu və Kəbirli kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq ölkəmizin növbəti tarixi mərhələ ərəfəsində olduğunu deyib. Oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini bildirən Ramiz Şabanov bu seçkilərdə cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib.
“Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtərdə də əhali səbirsizliklə 9 oktyabrda keçiriləcək prezident seçkilərini gözləyir. 2003-cü və 2008-ci illərdə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verən tərtərlilər bu dəfə də eyni addımı atmaq niyyətindədirlər” deyən rayon təşkilatının sədri Azərbaycanın son 20 ildə əsrə bərabər inkişaf yolu keçdiyini bildirib və əsas diqqəti iqtisadi göstəricilərə yönəldib. Ramiz Şabanov deyib ki, ölkəmiz bu gün iqtisadi göstəriciləri ilə dünyanın diqqət və marağındadır: “Bu göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da özünü büruzə verir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar buna əyani sübutdur”.
Tərtərin həm də bir cəbhə bölgəsi rayonu olduğunu deyən natiq Ermənistanın işğalçılıq siyasəti və onun aradan qaldırılması istiqamətində həyata keçirilən prinsipial siyasət barədə də məlumat verib. Ramiz Şabanov çıxışını “Xalqımız əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə torpaqlarımız erməni işğalçılarından təmizlənəcək. Bu işdə xalqımız dövlət başçısına hər zaman dəstək verib və oktyabrın 9-da bu dəstəyi bir daha nümayiş etdirəcəyik” sözləri ilə tamamlayıb.
Çıxışına “mən inanıram ki, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyev siyasətinin davam etməsi, ölkəmizin daha da inkişaf etməsi üçün xalqımız növbəti dəfə Prezident İlham Əliyevə səs verəcək” sözləri ilə başlayan millət vəkili Sahib Alıyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurların hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu və bunun vətəndaşlarımızın həyatında öz əksini tapdığını bildirib: “Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu inkişafın davam etməsi üçün mən tərtərlilərin timsalında bütün Azərbaycan vətəndaşlarını Prezident İlham Əliyevə səs verməyə çağırıram”.
Eyni zamanda, görüşlərdə Kəngərli kənd sakinləri-Hətəm Əsgərov, İmran Məmmədov, Hüseyn Hüseynov, Bayandurlu kənd sakinləri-Allahverdi Qasımov, Lətif Eyvazov, Xoruzlu kənd sakinləri-Brilyant Musayeva, Səxavət Əbdüləzimova, Kəbirli kənd sakinləri-Məmməd Vəliyev, Yeganə Qasımova və başqaları çıxış edərək xalqın seçiminin artıq bəlli olduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən, Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır: “Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə biz tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəyik. Biz İlham Əliyevə səs verməklə öz gələcəyimizə səs verəcəyik”
NADİR
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

