Böyük Qayıdış Proqramı uğurla reallaşır
24.10.2025 [10:52]
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev bu günlərdə Qazaxıstana dövlət səfərindən öncə, oktyabrın 18-də “Kazinform” agentliyinə müsahibə verdi. Cənab İlham Əliyev müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs etdi. Dövlətimizin başçısı qədim tarixə malik olan Azərbaycan-Qazaxıstan münasibətlərinin ayrı-ayrı sahələr üzrə yüksələn xətlə inkişafını diqqətə çatdırmaqla yanaşı, qarşıdakı səfərin əlaqələrin inkişafında yeni səhifə açacağını əsaslı şəkildə vurğuladı. İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən cənab İlham Əliyev bildirdi ki, Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfəri etdi. Səfər zamanı Prezidentlərin ikitərəfli görüşləri oldu, onların iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bu formatı etimada və qarşılıqlı dəstəyə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin xüsusi statusunu təsdiqləyir. Şura ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi çıxış edir.
Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu möhkəm zəmində çoxtərəfli əməkdaşlığımızı uğurla inkişaf etdiririk. Azərbaycanın uğurlarından böyük sevinc hissi keçirdiyini bildirən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğuladı ki, ölkəmizə güclü, mütərəqqi dövlət quruculuğu üzrə yüksək məqsədlərin uğurla həyata keçirilməsini arzulayırıq və heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə bütün bu məqsədlərə nail olunacaq. Münasibətlərimizə gəldikdə isə qeyd edildi ki, onların tam şəkildə həyata keçirilməsi üçün böyük potensial var – sarsılmaz etimad, ortaq dəyərlər, xalqlarımızın yaxınlaşmağa səmimi səyləri mövcuddur. Ona görə də əminik ki, ölkələrimizi böyük gələcək gözləyir.
Dövlətimizin başçısı İlham Əliyev bildirib ki, müzakirə edilən mövzular üzrə mövqelərin tam uyğun gəlməsi, həmçinin müttəfiqlik qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə istiqamətlənmək sevindirici haldır.
Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.
Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasından xəbər verir. Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin qurulmasına və möhkəmlənməsinə Ulu Öndər Heydər Əliyev çox qiymətli töhfələr verib. Ümummilli Lider qeyd etmişdir ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çətinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib və eyni köklərə mənsub olduqlarını unutmayıblar. Hazırda bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir.
Azərbaycan və Qazaxıstan prezidentləri səfərin yekun nəticələrini özündə ehtiva edən mətbuata birgə bəyanatlarında qardaşlıq və etimad nümunəsi olan Azərbaycan-Qazaxıstan münasibətlərinin keçdiyi inkişaf yolundan və qarşıdakı dövrün prioritetlərindən bəhs etdilər. Qardaş ölkənin Prezidenti vurğuladı ki, ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur. Səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə kömək edəcək. Əldə olunan razılaşmalar ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək. Bu səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirirəm: “İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir”.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi, ən yüksək səviyyədə intensiv siyasi dialoq sayəsində Qazaxıstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir, yeni məzmunla zənginləşir.
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12

