Müstəqil, suveren Azərbaycanın qürur günü
24.10.2025 [15:37]
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək üçün işğaldan azad edilmiş şəhərlərin günləri təsis edilmişdir. Artıq hər il bütün Azərbaycanda işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Ölkəmizin cənub-qərbində yerləşən, Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən artıq beş il ötür. Rayonunun işğaldan azad olunması tarixi Zəfərimizi qaçılmaz etdi. Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri də məhz Qubadlının azad edilməsidir. Doğrudur, işğal altında olmuş hər qarış torpağımızın azad edilməsi bizim üçün vacib, əhəmiyyətli idi. 1992-1993-cü illərdə bir-birinin ardınca itirdiyimiz o ərazilərimizi azad etdik. O torpaqlar bizim şəhidlərin, yaralılarımızın qanları ilə yoğrulub. Ona görə də bütün kənd, qəsəbə, rayon və şəhərlərimizin azad edilməsi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Zəfərə nail olmaq üçün Qubadlı şəhərinin azad olunması əməliyyatı qaçılmaz idi və bu əməliyyat ordu rəhbərliyindən böyük peşəkarlıq, savad, döyüşçülərimizdən isə cəsarət, güc tələb edirdi.
2023-cü il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlıda olarkən Prezidentimiz çıxışında demişdir: “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir”.
Qeyd edək ki, Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Ümumilikdə rayonda 79.812 hektar torpaq fondu vardır. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Əminik ki, Qubadlı yenidən Azərbaycanın iqtisadi baxımdan ən gəlirli, ən yaşamalı rayonlarından birinə çevriləcəkdir.
Bu gün Qubadlıda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır ki, bu da bölgənin əvvəlki əzəmətini və tarixi dəyərini qaytarmağı hədəfləyir. Azərbaycan hökuməti bölgədə yaşayış binaları, infrastruktur və sosial obyektlərin yenidən qurulmasına ciddi resurslar ayırıb. Həmçinin, yolların, məktəblərin, xəstəxanaların, su və elektrik sistemlərinin bərpası və modernləşdirilməsi üçün genişmiqyaslı layihələr həyata keçirilir. Bu işlər bölgənin iqtisadiyyatının canlanmasına, əhalinin geri qayıtmasına və Qubadlının öz əvvəlki əzəmətini bərpa etməsinə kömək edəcək.
Qubadlı şəhəri günü münasibətilə hər il respublikanın bütün bölgələrində müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər həm Qubadlının tarixini gənc nəslə tanıtmaq, həm də torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsini yaşatmaq məqsədi daşıyır. Qubadlı bu gün azad, müasir və yenidən dirçələn bir şəhər kimi Azərbaycanın gücünü, iradəsini və milli birliyini göstərir. Qubadlı şəhəri günü təkcə bir bölgənin bayramı deyil, müstəqil, suveren Azərbaycanın qürur günüdür.
Günəş Məmmədova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

